Təkcə qarşıda onu gözləyən sonsuz gün haqqındakı fikir dözülməz idi. Tam tənhalıq hissiyyatı ilə yaşayanda zaman sonsuzluğa qədər uzanır və hər saat əbədiyyətə çevrilir.
- Bax artıq iyirmi ildir ki, mənə xoşbəxtliyi duymaq nəsib olmayıb. Məni udan bu həyatı mən necə lazımdır tanıya bilmədim, ölümdə isə məni qorxudan odur ki, o yalnız təsdiq edəcək: mənim həyatım mənsiz yaşanıb. Mən onun künc-bucağında qaldım, başa düşürsünüz?