Reymondlar onlardan əvvəlki Reymond nəsillərinin yaşadığı kimi yaşayır və "niyə?" sualı ilə özlərini heç vaxt narahat etmirdilər..
Dünya Cekə nəhəng balıq hovuzu kimi görünməyə başlamışdı, burada böyük balıq xırda balıqları yeyir ki, sonra özü də qarmağa keçib "ölüm" adlı qorxunc ikiayaqlı nəhəngin yeminə çevrilsin. Tamamilə aydındır ki, bu sonuncu dəhşətdən heç bir qurtuluş yoxdur, odur ki ən məntiqlisi - o tərəfə heç baxmamaq və yalnız qoruna biləcəyin təhlükələrə fikir verməkdir .
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
O, qəhrəman rolu oynamaqdan boğaza yığılmışdı, bütün uşaqlar kimi ağlamaq ,qışqırmaq istəyirdi. Amma indi başlamaq üçün artıq gec idi, həm də bunun üçün həddindən çox yorulmuşdu...
Xoşbəxtlikdən, heç kəs onun üçün o qədər narahat olmurdu ki, anası olan oğlanlar kimi yatarkən gəlib ona baxsın; ona görə də heç kim yatarkən ağladığını görə bilməyəcəyi üçün vüqarı da təhlükə qarşısında deyildi.
Daha bir gün arxada qaldığı üçün gecənin düşməsinə sevinmək; kiminsə xəbər tutacağı qorxusu ilə hər kiçik ağrını və incikliyini gizlətmək; hamıya düşmən olduğunu, hamının isə sənin üçün çox güclü və təhlükəli düşmən olduğunu bilmək- bütün bunlar onun üçün adətə çevrilmişdi; o bu haqda düşünsə də, fikirləşirdi ki, dünya nədənsə axmaqcasına qurulub..