Shabi Gasim

Shabi Gasim
@ShabiGasim
Kitabları, buludları, qısacası huzuru sevən biri🩵

Shabi Gasim

, bir kitabı okumaya başladı
Xan
8.2/10 · 50 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?

Shabi Gasim

, bir kitap okudu
10/10
·376 syf.·
Beğendi
·
2024 4. kitabı
Rövşen Abdullaoğlu
9.1/10 · 2.497 okunma
7/10
·356 syf.··
Beğendi
·
2024 3. kitabı
Hər kəsə salam. Bu gün sizinlə Yanvar ayında oxuduğum Yaponya məsləhətçisi Mari Kondonun “Evini də sahmana sal, həyatını da” kitabı haqqında fikirlərimi paylaşacağam. Kitabda “KonMari” metodu haqqında danışılır.Ümumi əşyalarımızın, geyimlərimizin saf-çürük edilmə prosessi izah olunur. Bəyəndiyim və ilk dəfə olaraq bu kitabda oxuduğum nüans da o idi ki, əşyalarımızın bizə sevinc bəxş etməsi haqqında geniş bəhs olunmuşdu . İstifadə etdiyim əşyalar mənə sevinc bəxş edirmi yoxsa sadəcə onu əşya olduğu üçün saxlayırdımmı bilmirdim.Kitabdan sonra “KonMari” metoduna addım-addım uyğunlaşaraq əşyalarımı saf-çürük etdim. Sevinc bəxş edən əşyalarıma təşəkkür etdim.Artıq yollarımızı ayırmalı olduğum əşyalara isə həyatımda bir rolunun olduğu üçün minnətdar edib, bu rolun başa çatdığını söyləyib ayrıldım. Kitabda həyatımızı da, evimizi də sahmana salmaq haaqında çox gözəl danışılıb.Tövsiyə edəcəyim kitablardan oldu. Oxumağa ayırdığım zaman üçün peşman deyiləm. Sonadək oxuduğunuz üçün Minnətdaram!
Evini Də Sahmana Sal, Həyatını DaMarie Kondo (Konmari) · Teas Press · 0258 okunma
10/10
·246 syf.··
Beğendi
·
2024 2. kitabı
Hər kəsə salam Bu gün sizə oxumağınızı tövsiyə etməyəcəyim bir kitab haqqında yazacağam Çünki, oxuduqdan sonra yuxularınız ərşə çəkiləcək,liftlərdən yalnız başınıza istifadə edə bilməyəcəksiniz.Nə zaman ki, bayquş görəcəksiniz ürəyiniz qopacaq və daha bunun kimi başqa qorxularınız baş alıb gedəcək. Qorxdunuzsa keçək kitab təhlilinə Xanın “Sancaqlı kölgələr və Leyla Xuni” kitabı olduqca maraqlı və bir o qədər də qorxuludur.Ən azından mənim üçün bu belədir. Sadəcə, qorxularının üzərinə getmək istəyənlər üçün mükəmməl kitabdır deyə bilərəm. Mən hər zaman qorxularımın üzərinə addım atmağı seçmişəm, elə buna görə də @azerbaycanoxuculari ilə olan görüşdə kitabın məzmunu, müzakirə zamanı məndə maraq oyatdı. Kitabı @bookzone.az dan əldə edib başladım oxumağa. Olduqca axıcı kitabdır, başlayan kimi əldən qoymaq mümkün deyil, əldən ki, qoydunuz maraq qalır kitabda nə baş verəcək deyə. Kitabda Ayxan və Toğrulun dostluğu məni çox heyrətləndirdi, sizcə belə dostlar varmı hələ də real həyatımızda? Daha detallı yazmıram ki, marağı itməsin Qeyd: Mən özümə bu il Gənc (yeni) Azərbaycan yazıçılarının kitablarını daha çox oxuyacağıma söz vermişəm. Sözsüzki, “Sancaqlı kölgələr və Leyla Xuni” bu sıyahıda yerini heçkəsə verməyəcək. Uğurlar diləyirəm sizə Xan Həsən Siz yazın, yazın ki, fərqli oxucular oxusun
Sancaqlı Kölgələr və Leyla XuniXan · Strauss · 202357 okunma