"Azadlıq nədir?"
Bu sualın cavabını tapmaq üçün Xanın “Hürr” əsərinə baş vurmaq kifayətdir. Sətirlər arasında gizlənən bir qığılcım var.İnsanın içindəki qandalları qırmaq istəyən, sakit görünən, amma təlatümlə çırpınan bir ruhun hekayəsi.
Xan bu kitabda sadəcə bir insanın deyil, bütöv bir düşüncənin, sistemin və təslimiyyətin qarşısında dirənən bir iradənin dilini açır. "Hürr" — yalnız fiziki deyil, mənəvi azadlığın da bələdçisinə çevrilir.
Bu kitab mənə nəyi xatırlatdı? Bəzən ən dərin həbsxananın insanın öz içində qurduğu qəfəs olduğunu.
“Hürr”–Adı qədər azad, ruhu qədər dərin bir kitabdır.
İlk səhifədən son cümləyə qədər Xan oxucunu susdurur, çünki bu kitab oxunmur, yaşanır. Sanki müəllif qələm deyil, içində çırpınan azadlıq ruhu ilə yazıb. “Hürr” sadəcə bir insanın deyil, minlərlə oxucunun içində gizlənmiş “mən”in səssiz fəryadıdır.
Bu kitabda qəhrəmanın ən böyük düşməni cəmiyyət deyil ,öz içindəki qorxuları, susqunluqları və öyrədilmiş itaətidir. Xan bu zəncirləri qırır, oxucunu da özü ilə birlikdə ruhən azad olmağa çağırır.
“Hürr” təkcə bir roman deyil. O, bir səsdir. Bəzilərinin içində boğduğu, bəzilərinin isə eşidib ayağa qalxdığı o tanış, amma çoxumuzun unudaraq yaşadığı azadlıq səsi...xan