Shafa

Yar Qasidi
❤️ Sən yarımın qasidisən, Əylən, sənə çay demişəm. Xəyalını göndəribdir, Bəs ki, mən ah-vay demişəm Ax! Gecələr yatmamışam, Mən sənə lay-lay demişəm. Sən yatalı, mən gözümə Ulduzları say demişəm. Hər kəs sənə ulduz deyə, Özüm sənə ay demişəm. Səndən sonra həyatə mən, Şirindisə, zay demişəm.