"Bu Şəhərdə Kimsə yoxdur" Adını oxumağım belə üzümdə bir gülümsəmənin meydana gəlməsinə səbəb olur. Oxuduğum kitablar arasında "Bəyaz Zambaqlar Ölkəsində" qədər çox sevəcəyim və mənə təsir edəcək bir kitabın olmayacağın düşünürdüm hər zaman amma yanılmışam. "Bu Şəhərdə Kimsə Yoxdur", istər yazıçılıq üslubu, istər mövzusu ilə hissləri qəlbimin ən dərinliklərində hiss etdiyim bir kitab oldu. Sanki nə desəm kəlimələr yetərsiz qalacaqmış kimi hiss edirəm. Visam o bitməyən pozitivliyi, gülərüzlülüyü, incəliyi, yeri gəldi hazırcavablığı, zəkası və hər şeyiylə çox gözəl bir qəhrəmandır. Eləcə də Villi❤ Kitabı oxuyub oxumamaqda qərarsızsınızsa heç düşünmədən başlayın məncə. Əminəm ki, sizə də çox şey qatacaq kitab.
Bu arada bu gözəl kitab üçün müəllifə nə qədər təşəkkür etsəm azdır❤ Kitabı oxuyub bitirdikdən sonra yaxşı ki, Rövşən Abdullaoğlu Azərbaycanlıdır deyə düşünüb, belə gözəl yazıçımız olduğu üçün qürur duydum. Mürəkkəbiniz bol olsun müəllif!