İçinizdəki uşağın qayğısına qalın. Çünki qorxan siz deyilsiniz, içinizdəki uşaqdır, inciyən siz deyilsiniz, içinizdəki uşaqdır, nə edəcəyini bilməyən siz deyilsiniz, içinizdəki uşaqdır. İçinizdəki uşağın yanında olun, ona sahib çıxın. Onu sevin, bağrınıza basın, onun üçün əlinizdən gələni edin. Nə olursa olsun, hər zaman içinizdəki uşağın yanında olacağınıza onu inandırın. İnandırın ki, onu heç vaxt tərk etməyəcək, yaxud tənha qoymayacaqsınız. İnandırın ki, siz onu hər zaman sevəcəksiniz.
Özümüzü məhz olduğumuz kimi sevməyi və qəbul etməyi bacaranda şikayətlənməli bir şey qalmır. Əgər biz özümüzü incitmiriksə, başqalarını da incidə bilmərik. Gəlin söz verək ki, nəyə görəsə özümüzü bir də heç vaxt tənqid etməyəcəyik.