Bir belə çinar ömrü
olsun deyirəm , ömrüm.
Illərin sayına görə yox!
Bir ömür ki,
xatirələr yanğısı,izi qalsın -
neçə-neçə ömürdən çox.
Bir ömür ki, kimsəyə
əziyyəti dəyməmiş olsun.
Bir ömür ki,
heç gileyə enməmiş,
heç kəsə baş əyməmiş olsun.
Bir ömür ki,
həm yoxuşu şərəfli,
həm dözümlü enişi.
Bir insan ömrü -
kişi ömrü kişi.
(Rəhsul Rza)