Tuncay Abbasov

Tuncay Abbasov
@Taeo
"Laconic" və "Qaranlıqdakı İşıq" əsərlərinin müəllifi
Ali
Naxcıvan, 28 Temmuz
19 okur puanı
Mart 2020 tarihinde katıldı
Həsən ilk öncə öz qüvvələrini bir yerə yığıb onlarla danışmağa başladı. - Mənim igidlərim, biz bu gün burada olmasaq, bizim uşaqlarımız beşikdə rahat yata bilməz, məktəbdə rahat oxuya bilməz. Əlbəttə bizim atalarımız, babalarımız öz torpaqları uğrunda mübarizə aparmasaydılar, vətən uğrunda qan tökməsəydilər biz bu gün olmazdıq. Baxın! Bu torpaqlar hansısa heyvanın əlində, onun tapdağı altında ola bilərdi. Biz bu gün son qanımıza kimi mübarizə aparmalıyıq ki, babalarımızın əziyyətini yerə vurmayaq. Axı onların axan qanı əbəs yerə tökülməmişdi. Qoy gələcəkdə bizim davamçı- larımız bizim adımız gələndə fəxr hissi ilə desinlər ki, baxın biz bu nəslin davamçılarıyıq. Qorxmazıq, igidik, cəsuruq. Yoxsa adımız çəkiləndə başlarını yerə dikməsinlər.
Reklam
Həyatda dəyişə bilməyəcəyimiz dörd şey var: • Daş… atıldıqdan sonra! • Söz… ağızdan çıxdıqdan sonra! • Fürsət… qaçdıqdan sonra! • Zaman… keçdikdən sonra!
Həyat zərrə qədər də olsa bizlərin birləşməsindən ibarətdir. Bir zərrə yaxşılıq böyük bir xoşbəxtliyə yol aça bilər.

Okur Takip Önerileri

Tümünü Gör
Həyatın mənası həyatın bizə verdiyi mənalarda gizlidir...
Sayfa 315Kitabı okudu
Zamana inad sev!
Zaman bizdən daha nələri alacaq? Zaman bizdən hər şeyimizi almamış hər şeyin dəyərini bilək. Bəzən elə şeyləri alır ki, gedişindən sonra yoxluğunu hiss edərək pis oluruq. Necə deyərlər, gedənin, itirilənin arxasınca baxmaq heç bir fayda verməz. Bəzən itirdiklərimiz bizə elə ağır zərbə vurur ki, uzun müddət onun təsiri altından çıxa bilmirik. Sevdiyin şəxsə onu necə sevdiyini göstərməyə cəhd etmə, cəhd etmək başlanğıcın ilkin mərhələsi ola bilər, ancaq başlanğıcın başlanmayan sonu da ola bilər. Sevdiyin insanlara onları necə sevdiyini, onları necə çox istədiyini göstər. Bu gün yanımızda olanlar sabah olmaya bilər. Dəyərini itirmədən bilmək istəyirsənsə, vaxtında onu sev və bunu ona göstər. Kiminsə gözünü arxada qoyma!
Reklam
Salam. – Bura haradır, sən kimsən? O, qorxmuş və təəccüblü şəkildə sualı verib geriyə çəkildi. – Mənə Laconic deyə bilərsən. Mən səni yeni dünyaya aparacam. Bu dünya sənə bir addım qədər uzaq, bir xəyal qədər yaxındır. Bu dünyada necə olmalısan, sənə hər addımında izah edəcəm. Bu dünya fərqli bir yerdir. Bu dünyada heç vaxt itirməkdən qorxma, burax getmək istəyən qaça-qaça getsin. Bu dünyada küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə sevmək və sevilmək üçün səbəblər axtarın. Bu dünya hər istədiyini sənə verməyəcək. Layiq olmadığınız üçün deyil, daha yaxşısına layiq olduğunuz üçün. Bu dünyada hər şeyə sahib ola bilməyəcəksən, amma az bir şeyə ehtiyac duyacaqsan. Bu dünyada yalnız serotonin, dopamin, oksitosin, endorfin hormonları kəşf olunub. Bu dünyada içmədən də gülə biləcəksən. Bu dünyada insanlar ətrafındakıları görünüşünə, bədən quruluşuna, çəkisinə görə deyil, ruhuna görə sevir. Bu həyatda kin, nifrət, küsmək, qəzəb kimi hisslər yoxdur. Tut əlimdən. Bu dünyaya xoş gəlmisən.
Ümid hələ də var
Hər səhər oyananda “bəlkə” ilə başlayıb davam etmək, yatanda “eybi yox, bəlkə, sabah” demək. İnsan beləcə o xəyaldan bu xəyala sovrula bilir. Axı ümid var, bir ümid var... Bəzən isə heç bitməyən o ümidi insanın tək çarəsidir, bəzən həyata bağlayan, bəzən də bir “bəlkə” ilə başlayıb sonsuz xoşbəxtliyə aparan açar. Milyardlarla insan, milyardlarla ürək, bitib-tükənməyən ümidlər... “Ümid olmadan istediyimizi tapmarıq” – demiş Roger Garaudy... Ümid etməkdən vaz keçməyin. Hər zaman ümid vardır, xəyallarınızın ardınca gedin, o vaxta qədər ki, onlar sizin olsun. Ümid var, çünki Allah var.
Bəzən bir ürəkdən doyunca sarılmağa, bəzən isə “necəsən” sualına “yaxşıyam” cavabını verəndə, əslində, yaxşı olmadığımı anlayan birinə ehtiyacım var...