Teynur Allahverdiyev

Teynur Allahverdiyev
@Teynur_1995
Baki, 30 Nisan 1995
369 okur puanı
Aralık 2022 tarihinde katıldı
Ancela bir çox cəhətdən Karlottadan yaxşıdır. Lakin Karlotta geniş görüş dairəsinə malik idi; onda daha artıq incəlik vardı. O, görkəmlo kübar qadın idi, işvəli, məkrli, haqq-hesabını çox yaxşı bilən, yüksək cəmiyyətdən olan qadin idi. Ancela isə ümumi qəbul edilmiş <<yaxşı qadın>> tərifinə daha artıq yarayan namusli, enerjili, bacarıqlı, hər şeydə ənənlərə və öz dövrünün şərtiliyinə tabe olmağa hazır bir qadın idi.
Sayfa 386·Kitabı okuyor
Reklam
Yucin qəlbinin quyusuna nəzər salır və etibarsız, dəyişkən axınlardan başqa bir şey görmürdü. Orda qatı zülmət hökmranlıq edirdi.
Sayfa 384·Kitabı okuyor
Yucinin zəif cəhətlərindən biri, ona xoş gələn adamlarda həqiqətdə olduğundan daha artıq məziyyət görməsi idi. Yucin onları öz xəyallarının romantikası ilə bürüyür, özünün mənəvi keyfiyyətləri ilə bəzəyirdi.
Sayfa 380·Kitabı okuyor
Ah Karlotta
Yucinin yoldan çıxması təəccüblü deyil. Onun qarşısında heç bir kişi dayana bilməz.
Sayfa 379·Kitabı okuyor
Bir də, ümumiyyətlə, dünyada ədalət çox azdır. Təbiətin özündə xudbinlik, riyakarlıq, dağıdıcı qüvvələr və vəfasızlıq hökm sürdüyü halda insan ölənə kimi sadiq qalacağına necə and içə bilər və sözünün üstündə necə dura bilər?
Sayfa 306·Kitabı okuyor
Reklam