Teynur Allahverdiyev

Yucin hətta özünü inandırmağa çalışırdı ki, məsələ ancaq nənəvi yaxınlıq haqqındadır, lakin həqiqətdə bu qızın gözəlliyi, onun bədəninin qəşəngliyi, onun temperamenti ilə alışdırılmış alov Yucini yandırmaqda idi. Ancelanın hissləri isə şərtilik və dini ənələrlə buxovlanaraq hələ mürgüləyirdi.
Sayfa 95·Kitabı okuyor
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
2026 Azərbaycan doludu Ancelayla))
Yucinin əksinə olaraq, Ancela öz görüşlərində və hiss məsələlərində müəyyənləşmiş bir adam idi. O uşaqlıqdan izdivacda sarılmaz, pozulmaz bir şey görməyə adət etmişdi. O inanırdı ki, insana bir həyat və bir məhəbbət verilmişdir və siz belə məhəbbəti tapdığınız zaman qalan hər şey öz əhəmiyyətini itirir. Əgər o sizə sadət verməmişsə, yenə də həyatın hələ sizin üçün saxlayıb mühafizə etdiyi şey naminə əzab çəkmək və dözmək lazımdır. Belə bit ittifaq sizə amansız peşmançılıq gətirə bilər, lakin onu pozmaq özünə namussuzluq gətirmək deməkdir.
Sayfa 86·Kitabı okuyor
Ona kiminsə buyruğu ilə düzəldilmiş həyat deyil, gözəllik lazım idi.
Sayfa 85·Kitabı okuyor
Müəyyənləşdirilməsi mümkün olmayan zərif hisslər və arzulardan yoğrulmuş artis təbiəti! Bu dövürdə heç bir qadın Yucini tam qane edə bilməzdi. Onun üçün gözəllik əsas rol oynayırdı. Gənclik, hiss saflığı və qəlbin həssaslığı ilə zahir məlahətə malik olan hər bir qız onu cəlb edir və müvəqqəti saxlaya bilirdi.
Sayfa 85·Kitabı okuyor