Leyla

Leyla
@ThisisLeyl
𝐂𝐨𝐠𝐢𝐭𝐨, 𝐞𝐫𝐠𝐨 𝐬𝐮𝐦
Əksər köhnə evliliklərin uzun sürməsinin səbəbi cütlüklərin uyğunluğu yox, qadının acizliyidir. "Bir yastıqda qocalasız" burda romantik bir şey yoxdur,evliliyinə son qoya bilməyən dörd divar arasında sıxışan qadının çarəsizliyi var. Heç bir təhsili olmayan uşaq yaşda evləndirilmiş, uşaq sahibi olmuş, ailə evinə qayıda bilməyən,peşəsi olmayan və gəliri olmayan qadınlarımızın çarəsizliyi budur.Bir dəfə belə sevgi ilə toxunulmamış,gözəl sözlər eşitməyən, qadın olduğunu hiss etməmiş, saçları sığallanmamış, özləri üçün yaşamayan qadınların çarəsizliyi var. "İçki içməyən, qumar oynamayan, evinə bağlı" sözləri ilə şişirdilən, belə evlilik olduğunu düşünən valideynlər, bu dövr artıq bitdi, güclü və şüurlu təhsilli qızlar yetişdirməliyik ki, həyatını bir kişinin mərhəmətinə təslim etməsin, lazım olduqda istədiyi seçimi edə bilsin. Ailə qurmq müqəddəs deyil, Müqəddəs olan insanın insanca yaşama haqqı .
Reklam
Sankt-Peterburq yerləşən Dostoyevskinin məzar daşına "Karamazov qardaşları" kitabının girişində də olan bu cümlə yazılmışdır "Sizə doğrusunu, doğrusunu deyirəm: əgər torpağa düşən buğda dənəsi ölməsə, tək qalacaq; ölsə bol məhsul verəcək"
Kiçik uşaq məktəbdən evə qayıdanda anasına bir kağız parçası verdi. Anasına dedi: "Müəllimim bu kağızı mənə verdi və yalnız sənə verməmi dedi" dedi. Anası göz yaşları içində qəzeti oğluna ucadan oxudu: "Oğlunuz dahidir. Bu məktəb onun üçün çox kiçikdir və onu öyrədəcək qədər müəllimimiz yoxdur. Zəhmət olmasa onu özünüz öyrədin. " Oğlanın anası uzun illər sonra dünyasını dəyişəndə ,​​əsrin ən böyük alimlərindən biri idi və bir gün köhnə ailə əşyalarını gəzərkən birdən çəkmənin küncündə qatlanmış bir kağız tapdı və açdı ... Kağız üzərində; Oğlunuz "qarışıq" (ruhi xəstə) uşaqdır. Artıq onun məktəbimizə gəlməsinə icazə vermirik ... " yazılmışdı Bunun üzərinə saatlarla göz yaşı tökən bu alim gündəliyinə aşağıdakı sətirləri yazdı: Thomas Alva Edison, qəhrəman bir ana tərəfindən əsrin möcüzəsinə çevrilən qarışıq bir uşaq idi.

Reader Follow Recommendations

See All
Kabus qorxusundan yatmaq istəməyənlər çoxdur. Təəssüf ki, eyni qorxudan oyanmaq istəməyənlərdə çoxdur. Richelle Goodrich
Depressiyada olan bir insana "Niyə bu qədər pessimistsiniz? Baxın, orada mükəmməl bir həyat var " demək, nəfəs darlığı çəkən bir insana " Niyə bu qədər əziyyət çəkirsən ki? Bax hər tərəf hava" demək kimi bir şeydir.
Reklam
Reklam
Reklam