Sərvətə və həyat rahatlığına laqeydlik, iztirablara və ölümə nifrət təbliğ edən nəzəriyyə isə böyük əksəriyyət üçün tamamilə anlaşılmazdır, çünki bu əksəriyyət heç vaxt var-dövlət, həyat rahatlığı görməmişdir; bu əksəriyyət üçün iztiraba nifrət etmək, həyatın özünə nifrət etmək deməkdir, çünki insanın bütün varlığı aclığı, soyuğu, həqarəti, itkini və ölüm qarşısında Hamlet qorxusunu hiss etməkdən ibarətdir.
Soyumaq və sonradan günəş ətrafında
mənasızcasına hərlənmək üçün, yoxluqdan yüksək və bəlkə də ilahi ağla
malik insan yaratmaq, sonra da onu sanki lağa qoymaq üçün torpağa
çevirmək nəyə lazımmış?