ÇARLİ: İlahi, sənə nə vaxt çatacaq ki, belə boş-boş şeylərin indi bir qara qəpik qədər də qiyməti yoxdur. Yaxşı, lap deyək ki, onu xaç suyuna sən çəkmisən. İndi bunu sata bilərsənmi? Satıla bilməyən nəyinsə dünyanın heç bir yerində bir qara qəpik də qiyməti yoxdur. Gülməlidir, gözünü açandan alverlə məşğulsan, amma hələ də bu adi həqiqəti anlayıb qurtara bilməmisən.