Tun

Tun
@Tun_w7
Demirəm ki,o mənim otağım, evim olsun Demirəm ki, nə olsa mən onu sevim olsun Olmasın, gecələrim bir yataqda yatmayaq Olmasın, səhər çıxıb bir evə qayıtmayaq Adımız qoşa düşən bir kağızım olmasın, Olmasın, istəmirəm oğlum qızım olmasın Demirəm ki, dağları tərsinə çevir baxım Demrəm ki,üsyan et hakimiyyət devir baxım Arada dodağaltı adımı çək bəsimdi... Arada gözlərini uzağa dik bəsimdi... Ən xoşbəxt dəqiqəndə yadında olum bəsdi Ən üzüldüyün anda yanında olum bəsdi Bəsimdi beş dəqiqə vaxt ayır, zaman ayır Bəsimdi boğulanda tutmağa saman ayır. Bu yalançı dünyada ən doğru bildiyim Eşq Mənim varsa bəsimdi Heç kəsin bilmədiyi heç kəsin görmədiyi "Sənim" varsa bəsimdi
Etimoloji Defteri
Mücellit Nedir ?
Ramiz Rövşən
Ayrılıq Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla! "Ölmədim" deyirəm, nə bilim axı, Bəlkə də, mən sənsiz ölmüşəm elə, ölmüşəm elə?!. Bəlkə də biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki.
Samir Cəbrayıllı
Dərdin bir ayrı yandırır, Xəyalın güldürür məni. Mən sənin üçün darıxmışam, Darıxmaq öldürür məni. Sevgi kədər diyarıdır, Baxma ömrün baharıdır, Sən öldürsən dərd yarıdır, Darıxmaq öldürür məni. Mən ölmərəm köç olmasa, Arzularım puç olmasa, Yuxuma gəl heç olmasa, Darıxmaq öldürür məni.. Ruh nə cür bədənsiz olsun, Məzarsız, kəfənsiz olsun, Sənlə olsun, sənsiz olsun, Darıxmaq öldürür məni..
Bilməm, məni neçin atmış, unutmuş, Cövri-cəfasına qurban olduğum, Yoxsa özgəsinə üzünü tutmuş Yeni sevdasına qurban olduğum..
"Özlemek için sevmişiz. Kavuşmak ne haddimize."