Demirəm ki,o mənim otagım, evim olsun
Demirəm ki, nə olsa mən onu sevim olsun
Olmasın, gecələrim bir yataqda yatmayaq
Olmasın, səhər cıxıb bir evə qayıtmayaq
Adımız qoşa düşən bir kagızım olmasın,
Olmasın, istəmirəm oglum qızım olmasın
Demirəm ki, dağları tərsinə çevir baxım
Demrəm ki,üsyan et hakimiyyət devir baxım
Arada dodağaltı adımı çək bəsimdi...
Arada gözlərini uzağa dik bəsimdi...
Ən xoşbəxt dəqiqəndə yadında olum bəsdi
Ən üzüldüyün anda yanında olum bəsdi
Bəsimdi beş dəqiqə vaxt ayır, zaman ayır
Bəsimdi boğulanda tutmağa saman ayır.
Bu yalançı dünyada ən doğru bildiyim
Eşq Mənim varsa bəsimdi
Heç kəsin bilmədiyi heç kəsin görmediyi "Sənim" varsa bəsimdi