Tun

Dünya dağılmaz ki, sən mənim olsan, Gəlib ürəyimi, könlümü alsan, Bəlkə bir yuxusan, şirin xəyalsan, Nə yaxşı sən varsan, sevirəm səni. Sənə olan sevgim könül səsimdir, Bir xəzan çağında yaz həvəsimdir, Bilirəm, sən varsan mənim bəsimdir, Nə yaxşı sən varsan, sevirəm səni. Mən yelkənsiz qayıq,sən uzaq ada, Sən at belindəsən, mənsə piyada, Bircə təsəllim var mənim dünyada, Nə yaxşı sən varsan, sevirəm səni ...
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Azərbaycan dilində deyilir : "Mən səni sevirəm. " Poeziyada deyilir : Mən sənin yorulanda, Ayağınam, əlinəm. Neçə ildi evliyik, Hələ də sevgilinəm. Küsəndə qoca baban, Ağlayanda qardaşın. Evə qonaq gələndə, Əziz həyat yoldaşın. Kölgəyəm başın üstə, Səhərədək dayanan. Darıxanda atanam, Xəstələnəndə anan.
"Uzaktan sevmediyseniz birini, hiç sevdim demeyin."
Sənsiz üşüyürəm türyan istidə, Sənsiz söhbətlərdə yersiz sözəm mən. Bəzən haylı-küylü bir məclisdə də Qəribəm, tənhayam, kimsəsizəm mən. Mənə bir ömürdür bir anlığın da Çağırsan qəbirdə dayanmaram mən. Uyusam gözünün qaranlığında Yeddi günəş yansa oyanmaram mən
Mən deyəndə gözlərini açarsan, Hələ dayan, xəyal quraq azıcıq. Gəl unudaq bu dünyanın dərdini, Bəlkə, onda daha xoşbəxt olarıq. Xəyal quraq orda sən ol mən olum, Qoy dünyamız çiçəklənsin bir anlıq. Gözübağlı xəyal qurmaq nə gözəl, Baxmayaraq hər yer olur qaranlıq. Sən olanda qaranlıq da açılır, Sən olanda viranlıq da gözəldir. Düşünmə ki, görüş vaxtı çox azdır, Eybi yoxdur, bir anlıq da gözəldir