Tural

Tural
@Tural30
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Bizim üçün darıxmışam, Şeir yazsam, gələrsənmi? Sənə elə möhtacam ki bu aralar, Duysan, Görsən, Dönərsənmi?! Elə yorub həyat məni, Bilirsən ki, ağlamaqdan utananam. Utanmaqdan keçib daha, Hönkür-hönkür ağlayıram, Göz yaşımı silərsənmi? Baş götürüb getməyə də yerim yoxdur, Satılmışam, Dağılmışam, Ruhum ölüb. Mən savaşdan sonra qalan xaraba bir yurd olmuşam, Mənə həyat verərsənmi? Hər gün qonaqsan yuxuma, Ruhum gecə olan kimi sənə gəlir. Nə olar ki, sən gerçəkdə mənə gəlsən, Qucaqlasan, Mən də sussam, qayğılardan uzaqlaşsam, Səndə qalsam... Yenə məni əvvəlkitək sevərsənmi? Bizim üçün darıxmışam, Şeir yazsam, gələrsənmi?
Şiir
Özünlə aparmısan, Günlərimin rəngini. Kədər mənə bənzəyir, Qəm kövrəlir sən kimi. İndi başa düşmüşəm, Sənsiz hər şeyim hədər; Səndən sonra heç kəsi, Sevmədim sənin qədər. Sevgi dolu baxışlar, Şəklindən baxır mənə. Dönəcəksən bilirəm, Sən əvvəl-axır mənə. Mən elə bilirdim ki, Hər şey soyuyub gedər; Səndən sonra heç kəsi, Sevmədim sənin qədər. İçimdə tufan kimi, Çağlayır xatirələr. Göz yaşlarım qurumur, Ağlayır xatirələr. Mən kədərdən doymuşam, Məndən doymayır kədər; Səndən sonra heç kəsi, Sevmədim sənin qədər. O qədər yaxın ikən, Bu qədər uzaq olduq. Yorulduqmu sevgidən,
Şiir