Şahin bəy, siz hələ gəncsiniz. İşinizdə uğur qazanmaq istəyirsinizsə, insanları tanıyın. Və qoy bu mənim sizə tövsiyəm olsun: söhbət insandan gedirsə, heç zaman "bu ola bilməz", "bu adam bunu etməz" kimi cahil fikirlərə qapılmayın.
Vətən müharibəsinin şəhidlərini, qazilərini xatırladı. Onlar da bu xalqın oğulları idilər, bu gədə kimi gərəksiz valıqlar da. Nə etmək olardı, belə idi də.
Elə indinin özündə də düşünürdü ki, belə olmalıdır. Çünki insanlar eyni deyildilər. Qananlar və qanmazlar kimi iki yerə bölünürdülər. Qanmaz adamları isə yalnız qorxu idarə edə bilərdi. Bu baxımdan Ələmdar kimi mərd, yaxşılara qayğıkeş, pislərə qarşı qəddar olan səlahiyyət sahiblərinə həmişə ehtiyac olacaqdı.
Narkotiklərin orqanizmə təsirləri barədə kifayət qədər məlumatı vardı və bilirdi ki, bir az sonra bu qızda səfehlik, şüur itkisi, iflic, sayıqlama, xəyal görmə kimi sinir pozğunluqları yaranacaq.
Qasımlının fikrincə bütün məktəblərdə yalnız Çinarə xanım kimilər müəllim işləməliydilər. Dərsini keçib dövlətdən əmək haqqını almaqla kifayətlənməyən, uşaqların hər bir hərəkəti, dərdi-səri, arzusu ilə maraqlanan əsl müəllimlər...