Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Belçika Ovçarkası

Elxan Elatlı

Yorumlar ve İncelemeler

Tümünü Gör
384 syf.
5/10 puan verdi
·
25 saatte okudu
Vaxt itkisi
Tez başlayan Elxan Elatlı sevgim tez də bitəcək deyəsən. Əvvəlki kitablarından da qadın təsvirləri məni əsəbiləşdirmişdi lakin bu kitabda lap ağını çıxardıb. Ən mənasız detalına qədər xırdalayıb yazır. Oxucu çəkmək üçün lazımdır yaxşı amma bu qədər də yox. Yazıçının işi gücü namus, qeyrətdi amma bu qeyrət ancaq qadınlara şamil olunur. Tərbiyəsiz yerdə fahişə ilə görüşən kişi bacım da birdən belə olar deyib bacısının vatsapı, tiktoku, instagramı, telegramını bağlatdırıb rəfiqələriylə görüşməsinə mane olmaq fikrindədir. Hələ bu bakir olmayan "kişi"miz xəyallara gedib ki arvadım birdən bakirə olmaz. Dünyadan gileylənməyi də unutmur sanki özü ibadət evindəymiş kimi. Hə hələ hər əsərində ərinə xəyanət edən və yaxud xəyanət etmək niyyətində olub yanan qadın obrazların da unutmayaq.10 yaşlı qızı axtarırıq amma aradakı qısa səhnələri keçdim bir səhifə tamam cinsi əlaqənin xırdalıqlarına həsr olunub. Birincisi, bu qədər çox erotika ürək bulandırır, diqqət cəlb etmir. (Diqqət cəlb etdiyini düşünən varsa həkimə getsin). İkincisi məncə mövzu olduqca maraqlıdır bu qədər erotika olmasa da oxucu cəlb edə bilərdi. Nəysə. Başladığım işi yarıda qoymağı sevmirəm deyə kitabı oxuyub bitirəcəm amma finala qədər əsəbdən dəli olmasam yaxşıdır.
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202359 okunma
Reklam
384 syf.
10/10 puan verdi
"Bu məktubu sinifdə dərs zamanı yazıram. Kimə yazıram, niyə yazıram, özüm də bilmirəm. Bu dünyada bircə nəfər də olsun, yaxın adamım yoxdur ki, dərdimi onunla bölüşüm... 19 iyunda başıma gələn o iş barədə heç nə yazmayacam. Çünki istəsəm də, yaza bilmərəm. Bircə bunu deyim ki, həmin gün mənim dünyaya sığmayan arzularım puç oldu. Diri ikən canlı ölüyə çevrildim. Yaşamaq istəmirdim? Yox, əlbəttə, istəyirdim. Həm də çox istəyirdim... Düşünürdüm ki, valideynlərim, babam, nənəm, bibim, əmim mənim günahsızlığımı anlayacaq, həyatımın hələ başlanğıcında ikən büdrəyib çox sərt yıxıldığım yerdən qaldıracaqlar. Ah, mən onları necə də çox sevirdim?.." Pul hər kəsi dəyişə bilərmiş....
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202359 okunma
384 syf.
10/10 puan verdi
·
1 saatte okudu
SPOİ.
Elxan Elatlının heç bir kitabında bu qədər sarsılmamışdım. Pul nə qədər mundar şey imiş. Mərtəbələr və bu kitab... Pulun nə qədər əl çirki olduğun çox yaxşı göstərir. Bir ailə 10 yaşlı qızı belə pula görə öldürər mi? Bir insan necə bu qədər vəfasız,insafsız,pulgöz,olar? Mənliyi,şərəfi,namusunu necə bu qədər tezliklə pula satabilər axı?Hələ Ana və ata. Bunlar necə valideynlərdir axı. Heç mi qıymırlar övladlarına? O məsum qız bunların heç birin hak etməmişdi axı...
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202359 okunma
384 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Gözlənilməyən qatil(lər). Pulun həqiqətən əl çirki olduğunu sübut edən roman. 10 yaşlı Yağmurun ölümü 1 aydır sirr olaraq qalmışdı. Qanbay Qasımlı başladığı işi bitirmədən bu işdən əl çəkmədi. Pul təkliflərinə, hədə- qorxulara, hətta yaralanmasına baxmayaraq qətlin üstünü açdı. Son nöqtə isə Yağmurun məktubu oldu. Əsərin qısa xülasəsi isə bu cümlə oldu: "Hər şey var, Pərviz, yalnız ədalətdən başqa"
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202359 okunma
Reklam
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
"Bu məktubu sinifdə dərs zamanı yazıram. Kimə yazıram, niyə yazıram, özüm də bilmirəm. Bu dünyada bircə nəfər də olsun, yaxın adamım yoxdur ki, dərdimi onunla bölüşüm... 19 iyunda başıma gələn o iş barədə heç nə yazmayacam. Çünki istəsəm də, yaza bilmərəm. Bircə bunu deyim ki, həmin gün mənim dünyaya sığmayan arzularım puç oldu. Diri ikən canlı ölüyə çevrildim. Yaşamaq istəmirdim? Yox, əlbəttə, istəyirdim. Həm də çox istəyirdim... Düşünürdüm ki, valideynlərim, babam, nənəm, bibim, əmim mənim günahsızlığımı anlayacaq, həyatımın hələ başlanğıcında ikən büdrəyib çox sərt yıxıldığım yerdən qaldıracaqlar. Ah, mən onları necə də çox sevirdim?.."
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202359 okunma
384 syf.
9/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Favori üçlü
Bir kitabda belə bitdi...Mən bimirəm ki, dünya niyə belə bir yerdir.....pul,pul,pul və sonsuz pul.Hər şeyi həll edəcək sayılı şeylərdən biri.Mən anlamıram 10 yaşlı qızı,gələcəyi üçün çox gözəl arzuları olan qızı hərəyə düşəcək 200min manat üçün öldürməyə dəydimi.? İndi gələk kitab maraqlı idimi?Bəli, kitabı iki günə bitirdim.Türklər demiş kitabda"favori üçlük"üm olan Qanbay Qasımlı,Ələmdar Məliksoy,Gültən Dəmirli.Hamısı çox cəsur,namuslu,pulgir olmayan adamlardır.Həqiqəti üzə çıxarmaq üçün hər şey dən keçəcək qədər cəsur. Kitabda sanki,bildiyim hər şey yanlış çixdı.Günahsız qızın öldürulmə tarixi belə səhv bilinirdi.Amma Qasımlı hər şeyi üzə çıxardı.Hələ bu yolda yaralandıda. Ələmdar Məliksoyda çox cəsur hərəkətlər edirdi,həmçinin Gültən...
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202359 okunma
384 syf.
10/10 puan verdi
·
3 günde okudu
Dəhşətli bir əsərdir. Yağmur adlı qızın başına gələn faciə, bu hadisə zamanı ailəsinin atdığı addım insanı dəhşətə gətirir. Deməli pul hər kəsi, öz ana-atan olsa belə dəyişə bilərmiş. Çox heyif ki, həyatda da belələri var. Allah bu kimi fəlakətdən bizləri qorusun. İmtahan dünyasıdır, olsa belə insanlıq, vicdan, əxlaq kimi insani keyfiyyətlərimizi zibilə qalmış pula dəyişməyək...
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202359 okunma
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Bu janrda rəqibsiz yazar
Həm dedektiv həm də psixoloji roman dadında idi. Pulun nələrə qadir olduğunu və pulun çox səhv adamlarda olduğunu bir daha xatırlatdı. İnsanoğlunun bəlkə də ən böyük imtahanı puldu. Bu imtahanı keçib insanlığını qoruyanları Allahın da bağışlayacağına inanıram. Bizlərə kitab oxumağı sevdirən Elxan Elatlıya sonsuz təşəkkürlər
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202359 okunma
Reklam
384 syf.
·
Puan vermedi
İnsanlıq adına ləkə,ədalətsizlik,haqsızlıq,haqqa girmək,iyrənclik, insanın ümüd və xəyallarının heçə sayılması....kitab çox təsir edicidi...qəlbimdə dərin iz qoydu Çünki...təəssüf ki bu cür talelər heçdə az deyil
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202359 okunma
·
Puan vermedi
bir ailənin doğma evladını para için öldürmə qerarı çox sarsıdıcı
super dedektiv eser mutlek okuyun. para için insanın doğma evladının ölüm hükmünü verməsi insanlığın sonu deyerdim…. sözün bitdiyi yer resmen…. eserin tesirindən çıxmaq olmur….
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202359 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.