Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Belçika Ovçarkası

Elxan Elatlı

Belçika Ovçarkası Gönderileri

Belçika Ovçarkası kitaplarını, Belçika Ovçarkası sözleri ve alıntılarını, Belçika Ovçarkası yazarlarını, Belçika Ovçarkası yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bayram kişinin ailəsinin nə düşməni var idi, nə də pulu. Əslində, pul özü də bəzən insana düşmən kəsilə bilirdi, amma nə isə...
Pul dirini öldürə bilir, amma ölünü dirildə bilmir.
Reklam
Puldan söz düşəndə məlum olur ki, hamı eyni dinə sitayiş edir.
Sadəcə, dünyanın ədalətsizliyindən danışıram. Kimsə evinə çörək alıb apara bilmir, kimsə pulunu qoymağa yer tapmır...
Şahin bəy, siz hələ gəncsiniz. İşinizdə uğur qazanmaq istəyirsinizsə, insanları tanıyın. Və qoy bu mənim sizə tövsiyəm olsun: söhbət insandan gedirsə, heç zaman "bu ola bilməz", "bu adam bunu etməz" kimi cahil fikirlərə qapılmayın.
Sayfa 381 - Xan nəşriyyatıKitabı okudu
Vətən müharibəsinin şəhidlərini, qazilərini xatırladı. Onlar da bu xalqın oğulları idilər, bu gədə kimi gərəksiz valıqlar da. Nə etmək olardı, belə idi də.
Sayfa 268 - Xan nəşriyyatıKitabı okudu
Reklam
Elə indinin özündə də düşünürdü ki, belə olmalıdır. Çünki insanlar eyni deyildilər. Qananlar və qanmazlar kimi iki yerə bölünürdülər. Qanmaz adamları isə yalnız qorxu idarə edə bilərdi. Bu baxımdan Ələmdar kimi mərd, yaxşılara qayğıkeş, pislərə qarşı qəddar olan səlahiyyət sahiblərinə həmişə ehtiyac olacaqdı.
Sayfa 223 - Xan nəşriyyatıKitabı okudu
Narkotiklərin orqanizmə təsirləri barədə kifayət qədər məlumatı vardı və bilirdi ki, bir az sonra bu qızda səfehlik, şüur itkisi, iflic, sayıqlama, xəyal görmə kimi sinir pozğunluqları yaranacaq.
Sayfa 147 - Xan nəşriyyatıKitabı okudu
Qasımlının fikrincə bütün məktəblərdə yalnız Çinarə xanım kimilər müəllim işləməliydilər. Dərsini keçib dövlətdən əmək haqqını almaqla kifayətlənməyən, uşaqların hər bir hərəkəti, dərdi-səri, arzusu ilə maraqlanan əsl müəllimlər...
Sayfa 129 - Xan nəşriyyatıKitabı okudu
Dinəndə vicdandan, ədalətdən danışırıq, amma iş görməyə, əlimizi daşın altına qoymağa gələndə hamımız qaçırıq.
Sayfa 122 - Xan nəşriyyatıKitabı okudu
174 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.