Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

384 syf.
5/10 puan verdi
·
25 saatte okudu
Vaxt itkisi
Tez başlayan Elxan Elatlı sevgim tez də bitəcək deyəsən. Əvvəlki kitablarından da qadın təsvirləri məni əsəbiləşdirmişdi lakin bu kitabda lap ağını çıxardıb. Ən mənasız detalına qədər xırdalayıb yazır. Oxucu çəkmək üçün lazımdır yaxşı amma bu qədər də yox. Yazıçının işi gücü namus, qeyrətdi amma bu qeyrət ancaq qadınlara şamil olunur. Tərbiyəsiz yerdə fahişə ilə görüşən kişi bacım da birdən belə olar deyib bacısının vatsapı, tiktoku, instagramı, telegramını bağlatdırıb rəfiqələriylə görüşməsinə mane olmaq fikrindədir. Hələ bu bakir olmayan "kişi"miz xəyallara gedib ki arvadım birdən bakirə olmaz. Dünyadan gileylənməyi də unutmur sanki özü ibadət evindəymiş kimi. Hə hələ hər əsərində ərinə xəyanət edən və yaxud xəyanət etmək niyyətində olub yanan qadın obrazların da unutmayaq.10 yaşlı qızı axtarırıq amma aradakı qısa səhnələri keçdim bir səhifə tamam cinsi əlaqənin xırdalıqlarına həsr olunub. Birincisi, bu qədər çox erotika ürək bulandırır, diqqət cəlb etmir. (Diqqət cəlb etdiyini düşünən varsa həkimə getsin). İkincisi məncə mövzu olduqca maraqlıdır bu qədər erotika olmasa da oxucu cəlb edə bilərdi. Nəysə. Başladığım işi yarıda qoymağı sevmirəm deyə kitabı oxuyub bitirəcəm amma finala qədər əsəbdən dəli olmasam yaxşıdır.
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202359 okunma
·
314 görüntüleme
Bu yorum görüntülenemiyor
Nazrin Najaff okurunun profil resmi
Elatlı mentalitetə uyğun yazır (hər nə qədər dozasını aşsa da). Ona görə də çox fikir vermə həmin yerlərə, emosional yanaşma, oxu keç 😂. Həm də bu qədər tənqidə baxmayaraq çox oxunulursa, deməli, tələbat da var, yazıçını da tam qınamaq olmur.
Nuray Hüseynova okurunun profil resmi
Əslində sevirəm, yəqin ki, oxumağa davam da edəcəm. Amma bu kitabda həddini o qədər aşmışdı ki ürəyim bulandı və bir anlıq təsirlə ürəyimi boşaltmaq istədim. Normalda kitablarındakı oxucu cəlb etmək üçün yazdığı cəzbedici təsvirlərə göz yumurdum amma bu kitab həqiqətən ağın çıxarıb. Çox yazmasa da onsuz oxunacaq. Amma sən də düz deyirsən çoxu belə sevir oxuyur elə tələbat var ki yazır, heç pisləyən də yoxdu bu cəhətin. Deməli günahı yazıçıda yox camaatda axtarmalıyam.
2 sonraki yanıtı göster
Xəqani Oruc okurunun profil resmi
Elxanın Armed Mişel əsəri var tarixidi o yaxşıdı,amma qalanları eyni şeydi.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.