Vəfa Hafiz

Vəfa Hafiz
@VafaPirMurad
•Şeir aşiqi, ədəbiyyat vurğunu...🩷 V.H Xəyyam da məndədir, Hafiz də məndə, Vaqif sevgisiyəm, Sabir səsiyəm!
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
#142201411
222 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 3 days
1K tətbiqini istifadə etməyə başladığım vaxtdan qarşıma ən çox çıxan və adını, kitablarını görməkdən bezdiyim bir yazıçı idi Yaşar Kemal(düşünürəm də Ahmet Batmanın bütün kitablarını oxuyan biri olaraq nə qədər də çox haqsızlıq etmişəm yazıçıya:d). Ta ki, atamdan " "İncə Məmməd" kitabını oxumuşam, çox gözəl kitab idi" sözlərini eşidənə qədər. Bu sözlərdən sonra Yaşar Kemal və kitabları ilə maraqlanmağa başladım. Öyrəndim ki, yazıçı demək olar bütün kitablarını dastanlar, əfsanələr, rəvayətlər əsasında yazıb. Və bu da ayrı bir maraq oyatdı məndə. İlk olaraq "Üç Anadolu Efsanesi" kitabını oxudum. Bu kitabda yazıçı Koroğlu dastanı, Karacaoğlan və Alageyik əfsanələrini özünə xas nəqletmə tərzi ilə qələmə almışdır. Və mən bu nəqletmə tərzini, yazı üslubunu ifadə edə bilməyəcəyim qədər çox sevdim. O qədər axıcı və gözəl yazıb, elə şirin dillə nəql edib ki... Oxumursan, sanki, yaşayırsan kitabı. Oxuduqca keçmiş Anadolu bütün xətləri, adət-ənənələri ilə qarşında canlanır... Heyran oldum Yaşar Kemal qələminə. Kitablarımın arasında artıq özünəməxsus bir yeri olacaq... "Yeter ki insanın içinde iyilik olsun, onun erişemeyeceği hiçbir yücelik yoktur. İnsan, gönlü kadar büyüktür..."  Kitabla qalın...♡
Üç Anadolu Efsanesi
Üç Anadolu EfsanesiYaşar Kemal · Yapı Kredi Yayınları · 201710.9k okunma
Reklam
568 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 9 days
"Yer üzünün hər hansı bir yerində bir insan ölərsə, sənin də bir parçan ölər onunla birlikdə. Ona görə də soruşma. Bir kilsə zəngi səslənəndə bil ki, o zəng sənin üçün çalır..." (Əvvəllər kilsələrdəki zənglər xaç suyuna salınma, nikah, ölüm hadisələrini və müharibədə zəfər qazanmaq kimi gərəkli xəbərlərin çatdırılmasında istifadə edilirdi.) Kitabda İspaniya Vətəndaş Müharibəsi dövründə Respublikaçı partizan dəstəsinə bağlı olan Amerikalı könüllü  bir gənc - Robert Cordanın 4 günlük hekayəsindən bəhs olunur. Yazıçının müharibədə iştirak edib müharibə dəhşətlərini yaxından görməsi əsərin daha real yazılmasına səbəb olub.  İspaniyadakı vətəndaş müharibəsi yazıçı Heminqueyin həyatında dərin izlər qoyur. O, hərbi jurnalist kimi iç savaşın ən qaynar nöqtələrində olur, insan qəhrəmanlığının və хəyanətinin dəhşətli səhnələrini müşahidə edir. "Əcəl zəngi" romanı da məhz bu bu dövrün acı ibrət dərslərinin nəticəsi kimi meydana çıхır. Romanda həm də Robert Cordan və dağ partizanlarının  dəstəsindən olan Mariyanın saf, ülvi sevgisi  parlaq boyalarla əks etdirilmişdir. Kitab olduqca təsirlidir. Müharibə mövzusunda yazılmış ən mükəmməl əsərlərdən biri hesab olunur. Bəzi hissələrdəki yersiz uzatmaları oxuyarkən sıxıldım. Onun xaricində çox gözəl idi.
Əcəl Zəngi
Əcəl ZəngiErnest Hemingway · Qanun Nəşriyyat · 201412.1k okunma
200 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 36 hours
Elif Gibi Sevmek
Elif Gibi Sevmek
;
Elif Gibi Sevmek
Elif Gibi Sevmek
"Youtube"da bir şeirini (#130827964) səsləndirdiyi videosu ilə tanıyıb sevmişdim Hikmet Anıl Öztekini. Daha sonra videolarını sevərək izləməyə başladım, kitabları olduğunu öyrəndim və (uzun müddətdir aldığıma rəğmən heç cür qıya bilmirdim oxumağa), nəhayət ki, ilk ikisini oxudum. Elif Gibi Sevmek(nefes), əsasən, yazıçının məktəb illərində yazdığı şeirlərindən və sevgi, həsrət, din haqqında olan yazılarından ibarətdir. İlk başda sadəcə yaxınlarının oxuması üçün çap etdirsə də kitab satış rekordları qırmış və yazıçını məşhur etmişdir. İkinci eyniadlı kitabında da eyni mövzularda və daha ustalıqla yazılmış şeriləri yer alır. Sevənlərinin çox olduğu qədər, sevməyənlər də çoxdur Hikmet Anılı və kitablarını. Mən sevənlər tərəfindəyəm.(Kitablarını oxumağa qıya bilməyəcək; oxumadan sevəcək qədər:) Bir incələmədə oxumuşdum: "Bu adam kitap yazar da sevilmez mi?" Sevilməzmi? Kitab(lar) hər cümləsində insana gözəl duyğular, hüzur bəxş edir; qəlbini sevgi, ümid ilə doldurur... İlk kitabda sevmədiyim bir neçə yazı olsa da əlim gəlmədi 9/10 verəm.(Nə də olsa çox gənckən qələmə alınıb:D)
Elif Gibi Sevmek
Elif Gibi SevmekHikmet Anıl Öztekin · Destek Yayınları · 20206.9k okunma

Reader Follow Recommendations

See All
616 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 10 days
"Qızılgülün adı" - "Bu elə bir kitabdır ki, ədəbiyyatı sevməyənlər belə dünyagörüşünün inkişafı naminə bu kitabı oxumalıdır." Hadisələr 14-cü əsr İtaliyasında, monastrda baş verir. Əsərin əsas mövzusunu orta əsrlərin ziddiyyətləri, xristian dünyasında baş verən çəkişmələr, tarix, cinayət təşkil edir.  Roman böyük və zəngin bir
Qızılgülün Adı
Qızılgülün AdıUmberto Eco · Qanun Neşriyyat · 012.7k okunma
208 syf.
8/10 puan verdi
·
Read in 3 days
Bilmirəm, problem kitabda idi, yoxsa məndə. Haqqında incələmələri oxuduğumda hər kəs günlərlə kitabın təsirindən çıxa bilmədiyini, kitabın möhtəşəm olduğunu yazmışdı. Doğrusu, mənə təsir etmədi kitab. Hansı ki, "1984" antiutopiyasını oxuduğumda o qədər sarsılmışdım ki, uzun müddət təsirindən çıxa bilməmişdim. Bu kitab isə çox sadə idi. Əvvəli yaxşı başlasa də sonrasında nə isə əskik, yarım qaldı sanki. Hekayə yaxşı qurulmuş olsa da ifadə tərzi və yazı üslubu çox sönük qalır. Bəlkə daha ifadəli cümlələrlə anlatılsaydı daha çox təsir edən, düşündürücü bir kitab olardı. Mənim fikrimcə  biraz çox şişirdilir. (Kitabı oxuyub da çox bəyənən varsa, fikirlərini qeyd edə bilər:)
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201990.3k okunma
Reklam
40 öğeden 31 ile 40 arasındakiler gösteriliyor.