Vəfa Hafiz

Vəfa Hafiz
@VafaPirMurad
•Şeir aşiqi, ədəbiyyat vurğunu...🩷 V.H Xəyyam da məndədir, Hafiz də məndə, Vaqif sevgisiyəm, Sabir səsiyəm!
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
#142201411
320 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 4 days
"Zahir" bir şeyi kəşf etdikdən sonra onsuz yaşaya bilmədiyiniz, bağlandığınız bir varlıq deməkdir. Və "Zahir" insanla birlikdə doğulur yazır Koelho. Yəqin ki, hər birimizin həyatında onunla doğulduğumuz, lakin sonradan kəşf edib bağlandığımız bir "Zahir" var...
Zâhir
ZâhirPaulo Coelho · Can Yayınları · 20054,238 okunma
Reklam
75 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 26 hours
"Saz" Azərbaycan yazıçısı İsa Hüseynovun (Muğanna) İkinci Dünya Müharibəsi illərində arxa cəbhədə, Azərbaycan kəndlilərinin həyatındakı ağırlığı, çətinliyi təsvir etdiyi povestidir. Povestdə Sovet orqanlarında çalışan Qılınc Qurbanla, xalqın nümayəndəsi, dünya görüşünün daşıyıcısı İsfəndiyar kişi qarşılaşdırılır. Bəli, bir tərəfdə iki
Saz
Sazİsa Muğanna · Hədəf Nəşrləri · 201527 okunma
65 syf.
·
Not rated
Bəzən bəzi kitablar olur ki, oxuyub bitirirəm, ancaq bitirdiyim zaman mənasız bir boşluq içində qalıram. An etibarilə kitab çox mənasız gəlir. Fəqət üzərində bir az düşündüyüm zaman onun çatdırmaq istədiyi fikri dərindən duyuram. "Kör ayna" da elə bir kitab oldu. Kiçik həcmli və çox da mükəmməl olmayan bu hekayədə kiçik qızcığaz Fini əsas obrazdır. Düzdür, onun etdiklərinə haqq verməsəm də, hərəkətləri, düşüncələri mənasız gəlsə də, əslində yazıçının onun hərəkətlərində, həyatında biz oxuculara çatdırmaq istədiyi fikrin dərinliyini hiss etdim. Başda Fini kiçik bir qızdır. Zaman keçir, o böyüyür, düşüncələri, hissləri dəyişir. Və biz onun timsalında bir qadının kiçikliyindən başlayaraq onun düşüncələri, həyata baxışı, hissləri, böyüdükcə dəyişən fikirləri, formalaşan məcburiyyətlərini oxuyur, duyur, hiss edirik. Dediyim kimi, hərəkətləri bəlkə çox mənasız gəlir, amma bütün bunların çatdırmaq istədiyi fikir, bir qadın olaraq bunları duymaq təsirlidir...
Kör Ayna
Kör AynaJoseph Roth · Can Yayınları · 201439 okunma

Reader Follow Recommendations

See All
225 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 9 days
"1918 Ekiminde vurulup öldü. Vurulduğu gün bütün cephe sessiz sakindi gayet; öyle ki, resmi tebliğler, batı cephesinde kayda değer yeni bir hadise olmadığı cümlesiyle yetindiler." Qərb cəbhəsində yenilik yoxdur. Yaxşı, bəs nə var? "Mermiler, zehirli gazlar, tank filotillaları. Ezilmek, parçalanmak, ölüm. Dizanteri, grip, tifüs..
Garp Cephesinde Yeni Bir Şey Yok (Ciltli)
Garp Cephesinde Yeni Bir Şey Yok (Ciltli)Erich Maria Remarque · Everest Yayınları · 20203,290 okunma
223 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 4 days
"Oxucularımdan yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını xahiş edirəm", - yazır İsmayıl Şıxlı əsərin əvvəlində "ön söz" əvəzi verdiyi "müəllifdən" hissəsində... O, əsərin, sadəcə, birinci fəslini özü yazmış, qalan hissələrini isə həyat yoldaşı Ümidə xanıma diqtə etmiş, Ümidə xanım
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0236 okunma
Reklam
216 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 4 days
"Köç" - nəsillərdən nəsillərə, yüz illər boyu hərəkət edən, yaşayan türkün tarixidir. Mövlud Süleymanlı türkün tarixi olan sazdan, nağıllardan, dastanlardan yarpız qoxulu sözləri seçib sapa düzərək bir "Köç" salnaməsi yaradıb. Bu əsəri ürəklə oxuyanda, diqqətlə, duyğuyla, həm də türk kimi yanaşanda türkün tarixi ilə tanış olur, yüz illər əvvəldən axıb gələn o köçə qoşulursan. Burada türkün qədim yurdlarının adı çəkilməsə də, oxuduqca o yerlərin havasını duyur, o böyük "Köç"lə o torpaqlara qədəm qoyursan... Qəribə bir üslubu, axışı var əsərin. Qabriel Markes təsiri ilə yazılmış olduğu fikirləri də irəli sürülür. Doğrusu, oxuduğum zaman bu təsiri duydum. "Yüz ilin tənhalığı"nı xatırladırdı bəzi hissələri, üslubu. "Köç" bir nağıl kimi başlayır, maraqlı şəkildə irəliləyir və ortada elə bir yerə gəlirsən, elə bir qarışıqlıq yaranır ki, diqqətlə oxumasan, heç nə anlamayacaqsan. Əsər başladığı hissədən yüz illər əvvələ qayıdır, səyahət edir (qarışıqlıq da burada yaranır) və başladığı hissəyə çox maraqlı bir şəkildə birləşir və gözəl bir sonluqla yekunlaşır. Sevərək, duyaraq oxudum.
Köç
KöçMövlud Süleymanlı · Mücrü Nəşriyyatı · 059 okunma
432 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 18 days
"Aləmdə səsim var mənim" Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin ilk romanıdır. Yazıçı romanı əvvəlcə "Məhəbbət günahdırmı?" adlandırmaq istəmiş, lakin əsərin nəşri zamanı dəyişib Seyid Əzim Şirvaninin şeirindən götürərək "Aləmdə səsim var mənim" adlandırmışdır (yaxşı ki). İlk romanı olan bu əsərdə Əzizə Cəfərzadə
Aləmdə Səsim Var Mənim
Aləmdə Səsim Var MənimAzize Caferzade · Şərq-Qərb · 200625 okunma
224 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 33 hours
"Üzü bəri baxan dağlar, Mənim sizdə nəyim qaldı?"
Bəzi kitablar vardır oxumaq istəyib də hər dəfə bir səbəblə oxumağı ertələyərsiniz və bir gün tam da onu oxumaq zamanının gəldiyini düşünüb başlayarsınız oxumağa. "Söyüdlü arx" da mənim üçün o kitablardan idi... Nə yaxşı ki, indi oxudum... Elə gözəl idi ki. Bitməsini istəməyəcək qədər gözəl... Və əminəm ki, daha əvvəl oxumuş olsaydım, bu qədər dərin təsir etməyəcəkdi. Məzmun? Təsirli bir eşq hekayəsi deyib susum... Əsər o qədər gözəl yazılıb, təbiət təsvirləri, kənd həyatı möhtəşəm şəkildə təsvir olunub və elə rəngarəng obrazlar yaradıb ki yazıçı; İmi, Cimi, Nəriman əmi, Murad, Qulu, Qərənfil bacı və s. Bu obrazlar oxuduqca oxucunu gah güldürür, gah da içini sızıldadır. Bir də Nuriyyə var, təbii... Əsas qəhrəmanımız... (Ah Nuriyyə, sən necə güclü, necə dözümlü idin...) Çox sevərək oxuduğum kitab oldu "Söyüdlü arx". Bəzi hissələri gülümsəyərək, bəzi hissələri qəlbimdə bir sızıltı və göz yaşlarımla oxudum... Nuriyyənin həyatından bəzi hissələr vardı, elə qəlbimə toxunurdu ki... Kitabı mənimlə birlikdə oxuyub, oxuduqca da qarşılıqlı şəkildə fikirlərini mənimlə bölüşdüyü üçün
Möcüzə
Möcüzə
yə təşəkkür edirəm. Bu kitabın mənim üçün yeri həmişə xüsusi olacaq... Hələ də oxumamısınızsa, tövsiyə edirəm. Kitabla qalın...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020781 okunma
214 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 5 days
"Heil Hitler!"
"Hitler'in canı cehenneme ama size iyi günler dilerim!" Gözəl, təsirli bir kitab oxuyub bitirdim bu gün. Təsadüfən qarşıma çıxan və adı diqqətimi cəlb edən bu kitab II Dünya Müharibəsi ərəfəsində Vyanaya işləmək üçün gələn gənc Franzın həyatından, o dövrdəki çətinliklərdən, yəhudilərə qarşı edilən amansızlıqlardan bəhs edir, müharibənin astanasında ikən insanların həyatını, yəhudilərin "Gestapo" tərəfindən təqib edilməsini və s. hadisələri təsvir edir. İmkansızlıq üzündən uzaq qəsəbədən Vyanaya işləmək üçün gələn gənc Franz tanış birinin tütün dükanında köməkçi - "tütüncü çırağı" olaraq işə başlayır və bundan sonra başlayır Franzın həyatındakı əhəmiyyətli hadisələr; dükanın daimi müştərisi olan məşhur həkim Siqmund Freydlə dostluq, ilk eşq, ilk ayrılıq, qəddar hakimiyyətin gətirdiyi bəlalar, sırf yəhudilərə jurnal satdığı üçün "Gestapo"nun həbs etdiyi dükan sahibinin öldürülməsi, yəhudi olduğu üçün Vyananı tərk etməyə məcbur olan Siqmund Freydin ayrılığı... "Sahi kaç veda kaldırabilir insan. Tahmin ettiğinden çok daha fazlasını belki. Belki de tek birini bile değil..." Yalnız qalan Franzın başına nələr gəlir, həyata necə davam edir oxuduqca şahidi oluruq... Dərin, təsirli fikirlər, ifadələrlə zəngin bir kitabdır. Franzın anasına, anasının ona olan məktublarını, Siqmund Freydlə söhbətlərini xüsusilə sevərək oxudum.
Tütüncü Çırağı
Tütüncü ÇırağıRobert Seethaler · Jaguar Kitap · 20211,178 okunma
264 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 5 days
"Həqiqət o qədər ağır idi ki, ona gücüm çatmadı..."
Kitabın məzmunu ilə bağlı yazmayacağam, belə incələmələr kifayət qədər var. Ki onsuz da adından, üzərindəki "1937" yazısından mövzunun nə olduğu, nədən bəhs edildiyi anlaşılır. Mən, sadəcə, kitabın məndə buraxdığı təsiri yazmaq istəyirəm, az da olsa... Ülviyyə Tahir qələmindən oxuduğum ilk kitab oldu "Aljir" və unudulmaz kitablardan olacaq mənim üçün. Uzun müddətdir məni ağladan bir kitab oxumamışdım. Budur, roman bitdi, yazıçının "Son söz" yazısını belə göz yaşlarım yanağımdan süzülərək oxudum. O qədər ağırdır və o qədər ağrıdır ki... Bunu sözlərlə ifadə etmək çətindir. Roman olaraq (yüngülləşdirilmiş formada) oxuyub bu qədər təsirləndiyimiz, sarsıldığımız halda, real olaraq yaşandığında hiss edilənləri təsəvvür etmək mümkün deyil... Göz yaşları ilə oxuduğum "Son söz"dən: "...asan olmadı. Oradakı məhrumiyyətlər, kədər o qədər böyük idi ki, arada romanı yarımçıq qoymağı da düşündüm. Bu romana görə repressiya olunmuş milyonlarla insandan üzr istəyir və layiqincə öhdəsindən gələ bilməmişəmsə, ruhlarından əfv diləyirəm. Çünki həqiqət o qədər ağır idi ki, ona gücüm çatmadı..." (sh.252)
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019195 okunma
Reklam
106 syf.
·
Not rated
·
Liked
·
Read in 18 hours
S.M.Qənizadənin "Məktubati-Şeyda bəy" başlığı altında yazdığı "Müəllimlər iftixarı" və "Gəlinlər həmayili" Azərbaycan ədəbiyyatı tarixində ilk dilogiya sayılır. (Dilogiya - ədəbiyyatda bir müəllifin mövzuca, süjet xətti və ya iştirak edən obrazlarına görə birləşdirilən iki irihəcmli əsəridir.) Janr və kompozisiya
Gəlinlər Həmayili
Gəlinlər HəmayiliSultan Məcid Qənizadə · Yazıçı Nəşriyyatı · 198612 okunma
158 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 13 hours
Kitab "74-cü ilin qışı" və bu ağır keçən qışda dəhşətli çətinliklərlə qarşılaşan Bozdağ kəndi və kəndlilərin mübarizəsindən bəhs edir. Burada həmçinin dostluq, qonşuluq, ailə münasibətləri, kəndlilərin məişəti elə gözəl, elə içdən təsvir olunub ki... Qarışıq hisslər yaşatdı mənə kitab. Bəzi hissələrdə uşaqlığıma qayıtdım, bəzi hissələrdə təsirləndim, bəzi hissələrində sarsıldım... Yazıçının üslubunu bəyəndim. Axıcı və şirin dili, bir çox müasir "yazıçı"larımızın istifadə etdiyi bayağı üslubdan, ifadələrdən uzaq olması kitabı daha da oxunaqlı edir. Sadəcə oxumursan, kitaba daxil olub Bozdağda tapırsan özünü. Ananın bişirdiyi yeməklərin, dəmlədiyi kəklikotulu çayın ətrini duyursan. Cahangirlə yoldaş olub ocağın kənarında kəndi qorumağa çalışırsan... Sonu həm təsirli, həm də qürurverici idi. Sevərək oxudum.
Canavar Ovu
Canavar OvuTural Sahab · 202022 okunma
656 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 9 days
Yeri gələndə güldürən, düşündürən, insana fərqli hissləri bir arada yaşadan; Mənim üçün xüsusi yeri olan, daha oxumadan sevdiyim kitab... Qəlbimdə yerin hər zaman xüsusi qalacaq...🩶 “Bana gelebilmek için canını tehlikeye atmış, bu canı da getirip bana emanet etmişti. - Tehlike bundan elli kat büyük olsa ben gene çıkar gelirdim seni görmeye, çıkar gelirdim, böyle bilesin bunu...” (sh.438)
Büyük Umutlar
Büyük UmutlarCharles Dickens · Can Yayınları · 202014.4k okunma
423 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 94 days
"Ədilə imkan tapıb başını bir balaca arxaya çevirdi və bir anlıq, cəmi bircə anlıq Qocaya baxdı, amma Ədilənin o bir anlıq gizli baxışında da, elə bil, qızılgülün ətri vardı..." "Ağ dəvə" romanı Elçin Əfəndiyev yaradıcılığında mühüm yer tutur. Əsərdə XX əsrin 30-40-cı illərində Bakı məhəllələrindən biri təsvir olunur. Bu
Ağ Dəvə
Ağ DəvəElçin · Yazıçı Nəşriyyatı · 1985301 okunma
192 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 33 hours
Əsər tarixi-detektiv janrda yazılıb. Hadisələr XVII əsrdə, Səfəvilər dövlətində baş verir. Əsas obrazlarımız II Şah Abbas zamanında qurulmuş "Ədalət divanı"nın qulamı Barsoğlu və Mirzə İmandır. Qədim ipək ticarəti, gizli təşkilatlardan, müəmmalı qətllərdən bəhs edən romanın sonunda ölümlərin səbəbi Barsoğlu və Mirzə İman tərəfindən ortaya çıxarılır. Detektiv olaraq zəif olsa da, tarixilik baxımından xoş əsər idi. Hadisələr, məkanlar, istifadə olunmuş arxaizmlər oxuduqca xoş təsir yaradır, XVII əsrin Səfəvilər dövləti, o dövrdəki insanların həyatı oxucunun gözləri önündə canlanır...
Qırmızı Qar
Qırmızı QarAnar Ismayıl · Qanun Nəşriyyatı · 201634 okunma
39 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.