Qırmızı Qar

Anar Ismayıl

Comments and Reviews

See All
192 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 34 hours
Əsərdə hadisələr Səfəvilər dövlətində Şah II Abbasın hakimiyyəti dövründə 1655-ci ildə baş verir. Şahın qurduğu Ədalət divanının qulluqçuları qulam Barsoğlu və katib Mirzə İman sadə bir vərasət məsələsini həll etmək məqsədilə Savə şəhərinə gəlir. Lakin burada tamamilə başqa hadisələrlə rastlaşırlar. Əsər ən çox bəyəndiyim tarixi və dedektiv janrın vəhdəti idi. Maraqla araşdırdığım xaşxaşilər mövzusuna toxunulması da məni cəzb etdi. Maraqlı, axıcı bir əsər idi.
Qırmızı Qar
Qırmızı QarAnar Ismayıl · Qanun Nəşriyyatı · 201634 okunma
Reklam
192 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 33 hours
Əsər tarixi-detektiv janrda yazılıb. Hadisələr XVII əsrdə, Səfəvilər dövlətində baş verir. Əsas obrazlarımız II Şah Abbas zamanında qurulmuş "Ədalət divanı"nın qulamı Barsoğlu və Mirzə İmandır. Qədim ipək ticarəti, gizli təşkilatlardan, müəmmalı qətllərdən bəhs edən romanın sonunda ölümlərin səbəbi Barsoğlu və Mirzə İman tərəfindən ortaya çıxarılır. Detektiv olaraq zəif olsa da, tarixilik baxımından xoş əsər idi. Hadisələr, məkanlar, istifadə olunmuş arxaizmlər oxuduqca xoş təsir yaradır, XVII əsrin Səfəvilər dövləti, o dövrdəki insanların həyatı oxucunun gözləri önündə canlanır...
Qırmızı Qar
Qırmızı QarAnar Ismayıl · Qanun Nəşriyyatı · 201634 okunma
192 syf.
10/10 puan verdi
.Kitab tarixi-dedektif janırda yazılıb.Olduqca axıcıdır ve tezliklə oxunub bitəcək kitablardandır.Ən çox xoşum gələn isə hər yaşa uyğun olmasi idi.Balacadan böyüyünə hər kəs oxuya bilər. Hadisələr Səfəvi dövlətinin hökümdarı II Şah Abbasın təsadüf edilir.Şah təəbəsi olan mirzə və qulamin şikayət üçün Savə şəhərinə gəlirlər,lakin heç də gözlədikləri kimi olmur.Ölən şəxsin cinayətə qurban gedilməsindən şüpələnirlər və hər şey burdan başlayır.Cinayət araşdırılib tapılsa da kitab bitmir davam edir vee daha maraqli hadisələr baş verir (bu hissələrini daha çox sevdim,heyecanla oxudum)Hə birde tarixdə II Şah Abbasin yeri menim üçün ayridi,çünki kitablari sevən ,kitabxanalar qurduran, kitab çap etdirmək üçün mətbəə gətizdirməyə çalişan ŞAH olub. Ele bu şahi sevməyə bəs eder Bir sözlə kitabi çoxxxx bəyəndim. Yazarın qələmini beyendim,yazardan oxumaga davam edecem.Kitabi oxumağinizi tovsiye edirem
Qırmızı Qar
Qırmızı QarAnar Ismayıl · Qanun Nəşriyyatı · 201634 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.