Gönderi

65 syf.
·
Not rated
Bəzən bəzi kitablar olur ki, oxuyub bitirirəm, ancaq bitirdiyim zaman mənasız bir boşluq içində qalıram. An etibarilə kitab çox mənasız gəlir. Fəqət üzərində bir az düşündüyüm zaman onun çatdırmaq istədiyi fikri dərindən duyuram. "Kör ayna" da elə bir kitab oldu. Kiçik həcmli və çox da mükəmməl olmayan bu hekayədə kiçik qızcığaz Fini əsas obrazdır. Düzdür, onun etdiklərinə haqq verməsəm də, hərəkətləri, düşüncələri mənasız gəlsə də, əslində yazıçının onun hərəkətlərində, həyatında biz oxuculara çatdırmaq istədiyi fikrin dərinliyini hiss etdim. Başda Fini kiçik bir qızdır. Zaman keçir, o böyüyür, düşüncələri, hissləri dəyişir. Və biz onun timsalında bir qadının kiçikliyindən başlayaraq onun düşüncələri, həyata baxışı, hissləri, böyüdükcə dəyişən fikirləri, formalaşan məcburiyyətlərini oxuyur, duyur, hiss edirik. Dediyim kimi, hərəkətləri bəlkə çox mənasız gəlir, amma bütün bunların çatdırmaq istədiyi fikir, bir qadın olaraq bunları duymaq təsirlidir...
Kör Ayna
Kör AynaJoseph Roth · Can Yayınları · 201442 okunma
·
352 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.