Gönderi

264 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 5 days
"Həqiqət o qədər ağır idi ki, ona gücüm çatmadı..."
Kitabın məzmunu ilə bağlı yazmayacağam, belə incələmələr kifayət qədər var. Ki onsuz da adından, üzərindəki "1937" yazısından mövzunun nə olduğu, nədən bəhs edildiyi anlaşılır. Mən, sadəcə, kitabın məndə buraxdığı təsiri yazmaq istəyirəm, az da olsa... Ülviyyə Tahir qələmindən oxuduğum ilk kitab oldu "Aljir" və unudulmaz kitablardan olacaq mənim üçün. Uzun müddətdir məni ağladan bir kitab oxumamışdım. Budur, roman bitdi, yazıçının "Son söz" yazısını belə göz yaşlarım yanağımdan süzülərək oxudum. O qədər ağırdır və o qədər ağrıdır ki... Bunu sözlərlə ifadə etmək çətindir. Roman olaraq (yüngülləşdirilmiş formada) oxuyub bu qədər təsirləndiyimiz, sarsıldığımız halda, real olaraq yaşandığında hiss edilənləri təsəvvür etmək mümkün deyil... Göz yaşları ilə oxuduğum "Son söz"dən: "...asan olmadı. Oradakı məhrumiyyətlər, kədər o qədər böyük idi ki, arada romanı yarımçıq qoymağı da düşündüm. Bu romana görə repressiya olunmuş milyonlarla insandan üzr istəyir və layiqincə öhdəsindən gələ bilməmişəmsə, ruhlarından əfv diləyirəm. Çünki həqiqət o qədər ağır idi ki, ona gücüm çatmadı..." (sh.252)
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019196 okunma
·
207 views
Zəhra Hadıyeva okurunun profil resmi
Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri,  Qara günlər gətirərkən qan qırmızı geyənləri.  Yox, unuda bilmərik biz xeyir cildi geyən şəri,  Yüz minləri… qanunsuz və məhkəməsiz gülləbaran edənləri. Qorxa-qorxa yarım addım ata-ata,  Ayaq üstə yata-yata,  Qurşağacan qanlı qara bata-bata  sürgünlərə gedənləri.   Ac, yuxusuz, nalan, üryan   Min-min qoca, min-min cavan   İş üstündə bir sümükdü, bir də dəri   Yox unuda bilmərik biz   Ac canavar iştahıyla yurdu söküb tökənləri,   Bir dəstəni qana çəkən dəstəbaşı təkələri. X.R. Ulutürk “Davam edir 37” şerindən bir hissə
Emrechik okurunun profil resmi
Kaleminize sağlık güzel bir inceleme olmuş
Vəfa Hafiz
Vəfa Hafiz
hanım🌟
Vəfa Hafiz okurunun profil resmi
Təşəkkür edirəm.☘️
Vəfa Hafiz okurunun profil resmi
"En, düşərgəyə bax, o sümükləri çıxmış qadınlar hamısı ziyalıdır. Qələm tutmalı olan əlləri şaxtadan və işdən cadar-cadar olub..."🍃 (sh.233)
Ömər okurunun profil resmi
Yazdıqlarınız oxumağa sövq edir insanı, gözəl yazmısız
Vəfa Hafiz okurunun profil resmi
Təşəkkür edirəm.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.