Mən öz qəlbimin içini heç kəsə göstərmirəm. Əgər sən məni onun şəklinin üstündə hönkür-hönkür ağlayan gördünsə, bundan elə nəticə çıxarma ki, mən onu bağışlamaq istəyirəm. Mən onda da onu bağışlamadım. Mən onun üçün deyil, əldən çıxmış xoşbəxtlik, baş tutmayan arzular üçün ağlayırdım.