Vüsal Həsənov

Vüsal Həsənov
@VusalHasanov
5/10
·136 syf.··
2025 7. kitabı
·
5 günde okudu
·
Okunma: 17 Aralık 2025 07:49
Çexovun bu hekayəsini oxuyub bitirdim və çox təsirli bir əsər olduğunu düşündüm. Hekayə insanın azadlığı, vicdanı və cəmiyyətin laqeydliyi mövzularını kəskin şəkildə ortaya qoyur. Əsərdəki həkim obrazı mənə çox düşündürücü gəldi. Əvvəlcə hər şeyə soyuq yanaşan, amma sonda özü də həmin döngünün qurbanına çevrilən bir obrazdır. Çexovun dili sadə olsa da, verdiyi mesaj çox güclüdür. Oxuduqca insan öz həyatında da bənzər vəziyyətləri xatırlayır.
6 Nömrəli PalataAnton Çehov · Parlaq imzalar · 202287,2bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
8/10
·480 syf.··
2025 6. kitabı
“İnsanlar sənə nə dediyini və nə etdiyini unuda bilər, amma onlara necə hiss etdirdiyini heç vaxt unutmazlar.” — Daniel Goleman, “Emosional Zəka” Bəzən peşəkar mühitdə diqqət yalnız texniki biliklərə yönəlir, halbuki uğurlu əməkdaşlığın və liderliyin əsasında emosional əlaqə qurmaq bacarığı dayanır. İnsanlar konkret tapşırıqları yox, onlara necə yanaşıldığını, sözlərinin necə eşidildiyini və fikirlərinə nə qədər dəyər verildiyini xatırlayırlar. Bu isə emosional zəkanın gücüdür — səssiz amma qalıcı təsir buraxmaq. Mən bu kitabdan anladım ki, müasir dünyada rəqabət yalnız məlumat və bacarıq üzərində qurulmur. Əsl fərqləndirici amil, insanı anlamaq, dinləmək və əlaqə qurmaq bacarığıdır. Özünü idarə edə bilən, qarşı tərəfi hiss edən və empatiya göstərə bilən insan — təkcə yaxşı əməkdaş deyil, gələcəyin lideridir.
Emosional ZəkaDaniel Goleman · Qanun nəşriyyatı · 03,651 okunma
5/10
·392 syf.··
2025 5. kitabı
“Uğurlu insanlar günə necə başlayır” kitabını oxuyub bitirdim. 64 uğurlu insanın səhər vərdişlərini oxumaq maraqlı idi: Bəziləri meditasiya edir, bəziləri kofesini hazırlayır, kimisi isə günə səhər idmanı ilə başlayır. Anladım ki, uğur böyük sirr deyil — sadəcə hər səhəri sevərək və öz ritminlə başlamaqdır. Həmçinin səhər rejimi heç də həmişə sabit deyil. Bəzən bir neçə gün əməl edə bilmədikdə demotivasiya oluruq. Amma bunu kiçik dəyişikliklərlə davam etdirmək də mümkündür. Mən də səhərlərimə bir az daha diqqət edəcəyəm. Bu kimi məlumatlar olsa da, düşünürəm ki, kitab həyatımızda əsaslı dönüş yarada biləcək məlumat və ya rejim ehtiva etmir. Buna görə də sərf olunan vaxta daha effektiv kitablar oxumaq olar.
Uğurlu İnsanlar Günə Necə BaşlayırBenjamin Spall · Teas Press Nəşriyyatı · 045 okunma
6/10
·255 syf.··
2025 4. kitabı
Deyl Karneginin “Həyatdan və işdən necə həzz almalı” kitabını bitirdim və bir şeyi daha aydın gördüm: xoşbəxtlik gələcəkdə bizi gözləyən bir mükafat deyil, bu gün yaşadığımız anların içində gizlidir. O deyir ki, keçmişin peşmanlıqlarını üzərimizdən atmasaq, gələcəyin qorxuları bizi indi yaşamaqdan saxlayacaq. İnsanlara səmimi gülümsəmək, kiçik uğurları qeyd etmək, işdə və həyatda balans yaratmaq -- bunlar sadə görünür, amma həyatın dadını verən məhz bu xırdalıqlardır.
Həyatdan və İşdən Necə Həzz AlmalıDale Carnegie · Qanun nəşriyyatı · 0575 okunma
7/10
·216 syf.··
2025 3. kitabı
2025-ci ildə oxuduğum və fikirlərimi facebookda yazdığım kitabları bura əlavə edirəm. Düşünürdüm ki, natiqlik daha çox satış məsləhətçiləri, dövlət rəsmiləri üçün lazımdır, amma bu kitab mənə göstərdi ki, fikrini düzgün çatdırmaq bacarığı — karyerada irəliləməyin əsas yollarından biridir. Kitab quru nəzəriyyə deyil, əksinə, "sabah çıxışınız varsa, bu gün nə etməlisiniz?" sualına konkret cavablarla doludur. Oxuduqca başa düşürsən ki, yaxşı natiq olmaq üçün çıxışa hazırlıq və çalışmaq lazımdır. Kitabdan özüm üçün qeyd etdiyim və gələcəkdə tətbiq etməyə çalışacağım 3 qaydanı sizinlə bölüşürəm: 1. 90% uğur — hazırlıqdadır: Treysi deyir ki, heç vaxt hazırlıqsız danışmayın. Hətta qısa bir təqdimat üçün belə, əvvəlcədən plan qurmaq, auditoriyanı tanımaq və nə deyəcəyini dəqiqləşdirmək özünə inamı 2 qat artırır. 2. İntonasiya (Pauzalar): Çıxış edərkən dayanmadan, tələsərək danışmaq ən böyük səhvdir. Ən vacib fikri dedikdən sonra qısa bir pauza vermək (sükut) həm fikrin həzm olunmasına kömək edir, həm də natiqi daha nüfuzlu göstərir. (ən çox yol verdiyim səhv) 3. Çıxış edəcəyimiz zal ilə öncədən tanış olmaq. Məsuliyyət birbaşa bizdədirsə, zalın temperaturu, stolların düzülüşü, səs və görüntü sisteminin işləkliyini özümüzün yoxlamasını məsləhət görür. Əgər siz də iclaslarda, təqdimatlarda və ya sadəcə ünsiyyətdə daha təsirli olmaq istəyirsinizsə, bu kitabı mütləq oxuyun.
Qazanmaq üçün danışBrian Tracy · Qanun Nəşriyyatı · 022 okunma