Vusala Amirxanova

Vusala Amirxanova
@Vusala_mirxanova
MEXANİKANIN DAİMİ DƏYİŞƏ BİLMƏYƏCƏYİ ‘‘PORTAĞAL’’ - İNSAN
Puan vermedi·272 syf.·
2026 4. kitabı
ANTONİ BÖRCES – MEXANİKİ PORTAĞAL Əsəri oxuyanda ilk sarsıdıcı an, məncə, 1-ci hissənin sonuncu cüməsi idi - ‘‘Özü də hələ on beş yaşım var idi’’. Doğrudur, bu cümləyə gələnədək olduqca iyrənc, ürəkbulandırıcı dərəcədə hadisələrə şahidlik edirik, amma bu yaramazlıqların 15 yaşında birinin əsəri olması daha qorxuducudur. Bəzən insanları tərbiyə etmək, fikirlərini dəyişdirməklə bağlı ağlabatan çıxışların şahidi oluruq. A.Börces əsərində bunun təsirinin müvəqqəti olduğunu, insanın öz iradəsi ilə, zamanla dəyişdiyini göstərir. Ümumilikdə əsər çox aydın və təsirli dillə yazılıb. Tək məyus olduğum məqam sonluq idi. Mənim üçün əsərin sonu əvvəlindən daha önəmlidir. Lakin bu əsərdə hər səhifəni maraqla oxusam da sonluq məni həyəcanlandırmadı. Onu da qeyd edim ki, əsərlə əlaqəli film də çəkilib. Stanley Kubrickin rejissorluğu ilə çəkilən filmdə izləyicini narahat edən məqamlar var. Çəkilişlər reallıqdan fantastikaya yönəlib və zorakılıq dolu təsvirlər çoxdur. əslində, hadisələr Aleksin dilindən danışıldığı üçün görüntüdə zorakılığa üstünlük verilməsi normaldır, amma məni narahat etdiyi üçün ötəri baxdım. Əsas diqqətim sonluğunda idi - filmin sonu yarımçıq bitir. Aleks haqqında kitabda başqa, filmdə tamamilə başqa fikir formalaşdırılır. Belə ki, əsərdə Aleks doğru yolu tapsa da, filmdə o pis oğlan olaraq qalır. Bunun çox maraqlı səbəbi var – kitabın əvvəlində də bildirilir ki, yazar kitabı çap üçün təqdim edəndə nəşriyyatçı son fəsli silir və film də məhz o ilk nəşrlərə əsaslanaraq çəkilib.
Mexaniki PortağalAnthony Burgess · Qanun Nəşriyyatı · 2021113,1bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Krallığım can verir- Şəhrizadın 1002-ci hekayəsi təsirində roman
Puan vermedi·338 syf.·
2026 3. kitabı
‘‘Krallığım can verir’’ romanını oxuduqda bu qədər təsirlənəcəyimi, doğrusu, düşünməmişdim. Kitab mağazasında təsadüfən diqqətimi çəkdiyi üçün aldığım bu roman ilk səhifələrdə məni yormağa başladı, düşündüm ki, uğurlu seçim deyil. Cümlələrdəki qarışıqlıq tərcüməsində də müəyyən dərəcədə boşluq olduğunu gösərirdi. Amma kitabları yarımçıq qoya bilməmək kimi yaxşı bir xasiyyətim var. Hadisələrin gedişatı diqqətimi çəkməyə başladı. Sonlara yaxınlaşdıqca həyəcan artmaqda davam edir. Heç gözləmədiyim anda roman ən sevdiyim kitablar siyahısına daxil oldu. Ən son səhifəsinədək heyrətləndirməyə davam etdi və son cümlələrində belə şok təsirindən ayılmamışdım. Roman o qədər fərqli və novella təsirlidir ki, heç bir spoiler verməmək üçün əlimdən gələni edirəm. Həm dərs çıxarmaq, həm hekayə dinləmək, həm də dedektiv baxışları ilə tanış olmaq üçün ən fərqli əsərlərdəndir. Roman davam etdikcə oxucunun bütün zaman anlayışı itir, hadisələri bir yerə yığmaqda çətinlik yaşayır. Həyəcanla oxuduğum bu roman haqqında oxucu fikirləri çox az idi, buna görə ilk şərhimi məhz ‘‘Krallığım can verir’’ə vermək istədim. Yalanların inandırıcılıq dərəcəsinin artdığı dövrdə özəlliklə gənclərin oxu siyasına əlavə etməli olduqları ən yaxşı kitablardandır. Kitabın sonunda yalanı həqiqətdən ayırma hissinizlə bağlı sarsıntı keçirə bilərsiniz.
Krallığım Can VerirEvald Flisar · Alatoran Yayınları · 20251 okunma