Xanım N

Xanım N
68 okur puanı
Mart 2021 tarihinde katıldı
Tanrının fağır bir həyat bəxş etdiyi adam
10/10
·832 syf.··
Beğendi
·
2024 1. kitabı
·
256 günde okudu
·
Okunma: 07 Haziran 2024 22:45
"Mənim də soyadımın Harre olmalı olduğuna qərar verilmişdi. Prabakerin atası Kişan indi mənimdə atalığım sayılırdı və adət-ənənə mənim ikinci ad olaraq onun adını götürməyimi tələb edirdi. Birinci, əsas adı isə sakit təbiətli və gülərüz olduğuma əsaslanaraq, mənim üçün Rukhmabai özü seçdi. Bu ad "fağır adam" və ya "Tanrının fağır bir həyat bəxş etdiyi adam" mənasını daşıyan Şantaramdı. Bəli məşhur Şantaramı nəhayət bitirdim. Bir şedevrdi deyə bilmərəm. Amma həqiqətən gözəl əsərdi. Aylarlar, həftələr, günlər keçirdim Şantaramla. Bir insan ömrü, həyatı göz önündə axıb gedən günlər. İnsan iradəsinin, ağlının nələrə gücü yetdiyini öyrəndim Şantaramla. Mütləq oxuyun!
İnsan ve Hayat
ŞantaramGregory David Roberts · Qanun Nəşriyyatı · 20192,079 okunma
Reklam
Mütləq oxunması vacib kitab.
10/10
·144 syf.··
Beğendi
·
2023 15. kitabı
·
5 günde okudu
·
Okunma: 24 Kasım 2023 15:48
Niyə belə bir kitabı belə gec kəşf etmişəm kimi bir təəssüf hissi keçirdim. İnsana gündəlik yaşam üçün bilməli olduğu ən vacib məsləhətləri bu kitabda tapmaq olar. Söz yığını deyildə həqiqətən vacib, lazimi bilgilər yer alır bu filosofun qeydlərində. Bir çox fikirlərim bu şəxsin yazıları ilə inanılmaz dərəcədə oxşarlıq təşkil etdiyinə görə lap ikiqat bəyəndim bu yazıları. Düzdü bəzi razılaşmadığım fikirlərə də rast gəlirdim. Amma əksər fikirlərimiz oxşar idi. Məncə mütləq bu kitab, kitab mağazalarında ön rəflərdə yer tapıb öz layiq olduğu yerdə olmalıdı.
İnsan ve Hayat
Kamillik ElmiBaltasar Gracian · Qanun Nəşriyyatı · 20191,360 okunma
Bir insanın qatilə çevrilməsi.
10/10
·424 syf.··
Beğendi
·
2023 13. kitabı
·
33 günde okudu
·
Okunma: 20 Eylül 2023 15:48
Bir insanı qatilə çevirən nələrdir? Hər zaman öz düşüncələrimdə bunun səbəbini araşdırıb, real qatil və qətl hekayələrini dinləyib, baxıb və oxumuşam. Buradakı qəhrəmanın bir qatilə çevrilmə səbəbi çox təəccübləndirici və həmdə çox iyrəncdi. Amma axı yenə anlamıram bir insan digər insanın canını sadəcə özü həzz alsın deyə necə ala bilər?... Qara qan, oksigensiz qan, arteriyadan axıdılan qan və bundan həzz alan qatil .
İnsan ve Hayat
Qara YolJean-Christophe Grangé · Teas Press Nəşriyyatı · 201614,1bin okunma