Xanım N

Məsələnin əslində necə olduğunu anladığı zaman keçirdiyi ağrı təsviredilməz idi. Elə bir ağrı ki, sən sadəcə yumruğunu sıxıb heç bir günahı olmayan, elə bu səbəbdən də təəccüblə üzünə baxan bir insanın sifətinə ilişdirir və sadəlöhvlüyünə görə özünə nifrət edirsən...
Sayfa 392·Kitabı okudu
Reklam
-Fiziki ağrı insanın bu dünyada çəkdikləri arasında ən qorxulusu deyil, - Oltman dedi. - Mənə inanın, mən hər gün bunun şahidi oluram. Ölüm də ən qorxulusu deyil. Hətta ölüm qorxusu da. -Bəs onda nə? -Alçalma. Şərəf və ləyaqətdən məhrum olma. Hamının səndən üz döndərdiyi, sənin çılpaq olduğun zaman... Bu ən ağır cəzadır.
Sayfa 358·Kitabı okudu
Zaman keçdikcə hərdən yenidən doğulmaq lazımdı.
Sayfa 355·Kitabı okudu
Biz ona görə inanırıq ki, inanmaq istəyirik. Tanrılara ona görə inanırıq ki, bu, ölüm qorxusunu azaldır. Sevgiyə ona görə inanırıq ki, bu bizim həyat haqqında təsəvvürlərimizə gözəllik gətirir.
Sayfa 353·Kitabı okudu
Ağlamaq istəyirdi. Qorxudan yox, şokdan da yox... Ümidsizlikdən. Onun ətrafında hər şey dağılırdı. Onun təmiz və doğru hesab etdiyi hər şey birdən - birə özünün əsil simasını göstərirdi...
Sayfa 351·Kitabı okudu
Reklam