Xanım N

Onun xarakterindəki ikili xüsusiyyət bir də bundan ibarət idi ki, o, öz pərəstişkarlarına bir tərəfdən tərbiyəli qız kimi, təmkinli və nəcib gənc ledi kimi görünmək, digər tərəfdən isə bir - iki dəfə öpülmək arzusunda olan ehtiraslı şeytan olmaq istəyirdi.
Sayfa 117·Kitabı okudu
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Sadəcə, özümü daim qeyri - təbii aparmaqdan bezmişəm, adam istəmədiyi şeyi edir! Riyakarlıq məni boğaza yığıb, guya quş kimi yesəm quş kimi olacağam! Vals oynayandan sonra yalandan "başım hərlənir" deməliyəm? Axı mən iki gün dalbadal rəqs etsəm yorulmaram! Ah, bunlar necə də zəhləmi töküb! Boş-boş sözlərə qulaq asandan sonra yalandan "ah, necə də maraqlıdır!" demək rəzalətdir! Cəfəngiyatlara qulaq asmaqdan bezmişəm!
Sayfa 107·Kitabı okudu
... dünya öz işindəydi, onun qəlbi paralansa da, həyat davam edirdi. Onun qəlbində fırtına qopmuşdu, amma ətraf səssiz-səmirsiz, dinc görünürdü.
Sayfa 90·Kitabı okudu
- Torpaq dünyada yeganə sərvətdir ki, onun qiyməti dəyəri var, - atası hirsindən gödək əllərini başına qaldırıb ucadan dedi, - çünki torpaq əbədidir;onu əkib - becərirlər, onun uğrunda mübarizə aparmağa, hətta... ölməyə dəyər!... Bunu unutma!
Sayfa 56·Kitabı okudu
Nikahın xoşbəxt olması üçün ərlə arvadın xəmiri gərək eyni kündədən yoğrula.
Sayfa 53·Kitabı okudu