Qısqanclıq - çünki mən tədricən başa düşürdüm:məhəbbət mənim təsəvvür etdiyimdən böyükdür, məhəbbət elə sərhədləri keçir, elə yerlərdə gəzir ki, ora heç vaxt mənim ayağım dəyməyib.
-Mən sevmişəm. Sevgi - narkotikdir. Əvvəlcə eyforiya, yüngüllük, tam vəhdət hissi yaranır. Növbəti gün sən yenə istəyirsən. Sən hələ içinə çəkməyə macal tapmamısan - baxmayaraq ki, hiss etdiklərin xoşuna gəlir - ancaq əminsən ki, istənilən an onsuz keçinə bilərsən. Sən sevimli varlıq haqqında iki dəqiqə fikirləşirsən üç saat yadına da düşmür. Lakin tədricən ona öyrəşirsən və tamamilə ondan asıla hala düşürsən. Əgər o, yanında yoxdursa, sən növbəti dozadan məhrum olunmuş narkomanların yaşadıqlarını hiss edirsən. Belə dəqiqələrdə dozaya görə qarətə, qətlə istənilən alçaqlığa hazır olan narkomanlar kimi sən də sevginin xatirinə hər şeyə hazırsan.
- Ona görə də yalnız yanında saxlaya biləcəyin adamı sevmək lazımdız, - mən fikrimi bitirdim.