Rəhman Xanzadə

Sevgi baş qatmaq üçün ən gözəl oyundur. Ozü də soyuq havalarda sevməyin ayrı ləzzəti var. Hər şeyi təbiət hadisəsi kimi yaşayırsan. Göy kimi guruldayırsan, şimşək kimi çaxırsan. əsirsən. Yağış kimi hara gəldi yağırsan, külək kimi hara gəldi qaldırdı, nə üçün qaldırdı, kim öldü, kim qaldı, səni Dolların qiyməti qalxdı, necə qalxdı, nə cür qalxdı, kim düşündürmür, maraqlandırmır. Sevməsən, saçını da daramazsan. Sevməsən, hamama da girməzsən, yuyunmazsan. Adama deyərlər, sevmirsənsə, evdə güzgü nəyə lazımdır, daraq nəyə lazımdır, bunlara niyə xərc çəkirsən? Sevmirsənsə, boş-boşuna hər ay niyə qazpulu verirsən? Sevirsən, darıxırsan, hər gün saçını darayırsan, yorulursan. Gündüzlər gözləyirsən, gecələr telefonla danışırsan, mesajlaşırsan. Bir də gözünü açırsan ki, ömrün çoxu gedib, azı qalıb. Beləcə ömür dediyin əzabdan xilas olursan, canın qurtarır.
Sayfa 132·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
Amma ömür dediyimiz şeyi o ümidlə yaşamalısan ki, sabahlar daha günəşli olacaq
Sayfa 89·Kitabı okudu
Düşmənçilik
Məsələyə ermənilər baş kəsəndir, ermənilər vəhşidir kontekstində yanaşsaq və övladlarımızı bu düşüncə ilə yetişdirsək, hələ çox qanlar axacaq. Guya Azərbaycanda baş kəsən yoxdur? Azərbaycanda öz arvadının, qızının başını kəsən və ya kəsməyə hazır olan o qədər cani var. Ermənilər də, biz də bədbəxt xalqıq. Təsəvvür edin, dolmanın üstündə dalaşırıq. O deyir, dolma bizim yeməkdir, bu deyir, bizimdir. Dolma davası aparan xalqlar dünya mədəniyyətinə hansı böyük töhfəni verə bilər? Əti çək maşına, içinə düyü, göyərti qat, duz, istiot vur, kələmi də pörtlət, əti doldur kələmin arasına, qazana yığmamışdan qabaq dibi yanmasın deyə altına bir boşqab, üstünə də bir boşqab qoy, bişsin, sən də ye, o da yesin. Daha bir-birinizi niyə yeyirsiniz? Bu düşmənçilik bizim hər ikimizi sivil dünyadan təcrid edib.
Sayfa 11·Kitabı okudu
Alıntı