k:186023 Bu kitab son vaxtlar çox qarşıma çıxırdı
Oxumağa başladım. Demək olar 3-4 günə 4kitabı da bitirdim. Başda hər şey çox həyəcanlı gəlirdi. Onur,Zeynep,Burak ve Mertin o mükəmməl dostluqların çoxx sevdim. Digərlərinə bir zərər gəlməsin deyə hər biri ölməyə hazır idi. Ancaq bir müddətdən sonra hər şey çox təkrarlanır. Hadisələr sıxıcı olmağa başlayır. Başdan sona tək gözəl olan onların dostluqları və sevgisi idi. Bunlardan əlavə məncə kitabda Burak və Mertin həyatına daha çox yer verilməli idi. Onların hər şeyi çox yarımçıq gəldi mənə. Kitab yarımçıq hiss elədiyim çox şey var idi. Bu gün hətta beşincisinin də çıxacağın öyrəndim. Bu qədər uzadılmasın çox gərəksizdi məncə(. Yenə də mükkəmməl bir dostluq və sevgi oxudum hekayədə. Ümid edirəm yazar sonun gözəl bitirər...