Xumar Şəfiyeva

Xumar Şəfiyeva
@Xumarr_sfyvaa
10 okur puanı
Şubat 2024 tarihinde katıldı
Gecələr xeyirə (sona kimi oxuyun üzünüzdə təbəssüm yaranacaq)
🌟Prizma Trizma🌟 Keçən həftə riyaziyyat hazırlığında yeni bir kavram icat etdim: "Prizma Trizma!"😅 Dərsimiz prizma ve piramidalar idi. Öncə müəllim mövzunun izahını verdi. Sonra keçdik topludan sual üzərində olan izahlarımıza.. Sualın birində ( Riyaziyyat test toplusu, II hissə 2019, səhifə 227, sual 14dən gedir söhbət😅) formaca trapesiyaya bənzəyən bir kəsik piramidadan söhbət gedirdi. Şəkli quran kimi dedim ki, " Bu, trapesiyanın "tridi" *yəni 3D* formasına oxşuyur, elə onun kimi bir şeydi" Müəllim qayıtdı ki, "Nə deyirsən, başa düşmədim?" Eyni sözü yenə təkrarladım, yenə anlamadı😂 Sonda təngə gəlib yüngül özümdən çıxarmışcasına oldum🙃 dedim ki, " Necə düzbucaqlı prizma, üçbucaqlı prizma olmur, eləcə də *Prizma Trizma* olur" Elə ki bunu dedim, bütün qrup başladı gülməyə, elə özüm də qoşuldum onlara ki, "Prizma Trizma" nə idi dedim mən😂😂😂 Sadəcə "Trapesiya Prizması" deyəcəkkən yeni bir ifadə gətirmişdim riyaziyyat elminə)) Bir az əsəbləşməyim, sinirlərimin gərginləşməsi o boyda dil sürüşməsinə gətirib çıxardı.. O məşhur ifadə, hələ də qrupun + müəllimin dilindədir mənim "PRİZMA TRİZMA"m😸 Necə deyərlər, "Hirsli başda ağıl olmaz" teması idi mənimki.. Hər sözü demədən öncə onu yaxşı-yaxşı bişirmək lazımdır ağızda.. Düşünmədən deyilən sözlər bəzən belə satirik izlər buraxmır insanlarda, bəzən insanın qəlbini qılıncdan belə pis deşir.. Bütün qəlbini qırdıqlarımdan və qıracaqlarımdan üzr istəyirəm🌸🤭😁😇 Qəlbinizin qırılmaması və kiminsə qəlbini qırmamanız diləyi ilə, Gecələr xeyirə ✨
Duygu/Düşünce
Xumar Şəfiyeva
Çəkilən əziyyətlər yerdə qalmır🤍
Reklam
Qoy sükut danışsın, ikimiz susaq, Sənə yaxın olum,dünyadan uzaq.
Lawrence of Arabia isimli okura yanıt verildi
Xumar Şəfiyeva
Thanksss