Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Y.Mən

Y.Mən
@Y_Ben
BDU
89 okur puanı
Ağustos 2021 tarihinde katıldı
400 syf.
7/10 puan verdi
"BENİM HER ŞEYİM VAR AMA BİR SENİM YOK."
Və seriyanın sonuncu kitabı... Kitab nağıllardakı kimi xoşbəxt sonluqla bitti, bu qədər hər şeyin xoşbəxt bitməsini istəməzdim:( Amma yenə də təsirli anlar çox idi. Kitabın əvvəli daha həyacənlıdır ancaq sanki hər şey çox tez sonlanır kitabın sonlarına qədər həmin həyəcanın davam etməsini istərdim. Vanessanın qəhrəmana çevrilməsi çox da ürəyimcə olmadı. Çünki onu kitabın ikinci dərəcəli obrazı olaraq görürdüm və bir anda qəhrəmana çevrilir. Drew Sam greenin də donor ola biləcəyini bilməli idi axı o mükəmməl idi:(( Marcus bu kitabda ən sevdiyim obrazlardan biri oldu. Eqosu ,davranışları kitaba çox rəng qatdı.Ümumi olaraq son kitab üçün gözləntilərimin aşağısında qaldı . Qyed etdiyim kimi sonun bu qədər pozitiv bitməsi məncə kitabın keyfiyyətini aşağı saldı. Drew və ya Yeşildən birinin ölümü kitabı daha təsirli , daha real edə bilərdi.Dünyəvi xoşbəxtlik məncə çox bəsit qaldı.Yenə də tövsiyə edə biləcəyim bir kitabdır ancaq 3 cü cild bu seriyada ən sevdiyim kitab oldu. Drew:"Benim her şeyim var ama bir senim yok." Marcus:"Bu dünya benim gibi MÜKEMMEL birini kayb etmeye hazır değil" Yeşil"... Onunlayken yanlış bile fazla doğru geliyor " Vanessa:"Çünkü hep dediğin gibi canavara dönüştüm artık" Emily:"Hani severken korkan adamlar vardır ya,işte Drew Bruce Marshall o nadir adamlardan biriydi"
Ötanazi Okulu 4
Ötanazi Okulu 4Maral Atmaca · Ephesus Yayınları · 20231,588 okunma
Reklam
472 syf.
4/10 puan verdi
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Beklentimin altında kalan bir kitap. Kitabın olumlu yönleri ise bazı derin fikirlere yer verilmesi ve ilginç fikirlerin seçilmesidir. Kitabın başları daha heyecanlı. Bir yanda karakterlerin geçmiş yaşamları, diğer yanda "enkaz altındaki" durumları; hayatını görüyoruz. Çıkarma kısmı benim için boş kalıyor. Yani o kısma kadar nasıl çıkacaklarını düşünürken bir anda kendimizi hastanede Kumru'nun yanında buluyoruz. Uzun süre işin içine polis ve aileler girince inandırıcılık bile kayboluyor ama Araz bir anda her şeyi öğreniyor ve bilmediğimiz bir şekilde kurtarıcı oluyor. İş bir anda Kumru Uraz'ın aşkına döner, daha derin ve daha heyecan verici bir fikir beklerken kitap bu şekilde sadeleştirilmiştir. Karakterlerin arasındaki diyaloglar normal, bazen gülümsüyorlar. Ama aynı şakalar tekrar tekrar yapılıyor. Eserde iki kez ağır komadan mucizevi bir şekilde çıkan iki karakter (Kumyr, Azar) yer almakta ve bu karakterlerin Uraz'ın hayatında önemli bir rol oynaması eserde bir kez daha gerçekliğini yitirmektedir. Herhangi bir karakter ölse ya da Kumru'nun hikayesi yarım kalsa ve Uraz bu hikayeye devam etse benim için daha başarılı olurdu. Yazar kimsenin kalbinin kırılmaması gerektiğini, herkesin çift olması gerektiğini, herkesin yaşaması gerektiğini, herkesin yaşaması gerektiğini düşünüyor gibiydi. mutlu. Ama Bulut üvey evlat gibi görünüyor))) İkinci kitap beni hiç heyecanlandırmıyor sırf bu kitabı okudum diye okuyabilirim ama beklentim düşük
Enkaz Altındakiler
Enkaz AltındakilerBeyza Alkoç · İndigo Kitap · 20224,914 okunma
112 syf.
·
Puan vermedi
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Dostoyevski'nin ilginç eserlerinden birini okumak gerçekten keyif vericiydi. Görselleri ayrı ayrı analiz edecek olursam: Ana karakter oldukça hayalperest. Gerçekten de onun saf duyguları eser boyunca hissediliyor. Nastya ile ilişkisi o kadar samimi ki insana hoş duygular aşılıyor. Nastya'ya karşı hisleri olmasına rağmen bunları saklamayı başarır ve hiçbir karşılık beklemeden ona manevi yardımda bulunur. Oyunun başında Nastya, ana karaktere kendisine karşı hiçbir şey hissetmemesini söyler ama sonunda kalbinde eski bir erkek arkadaşı olmasına rağmen ana karakterin sevgisine karşılık verir. Bu onun içindeki en büyük umuttu. ana karakter için hayat. Ancak Nastya biraz bencil bir karakter, bazen onu anlayabildiğiniz doğru ama sadece kendi mutluluğunu düşünmesi hiç de haklı değil. Bir noktada kahramana aşkını itiraf eder, onu zirvelere çıkarır, büyük mutluluklar vaat eder ve eski aşkını görünce onu terk eder. Bütün bunlara rağmen kahraman Nastya'yı affeder ve hatta onu sevmeye devam eder. Eser boyunca ana karakterin ne kadar fedakar olduğunu görüyoruz, sondaki bu adım da onun ne kadar fedakar olduğunu gösteriyor. Her şeyiyle güzel bir eser, okumaya değer. Ve gerçeği gösteren bir çalışma olduğunu söyleyebilirim.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Parlaq İmzalar · 202374,9bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
112 syf.
·
Puan vermedi
Ən sevdiyim yazarın şedevr əsərlərindən biri. Yaşadığı dövrün ideologiyasına xidmət etməyən Hüseyn Cavid yaradıcılığının zirvə əsəri. Əsər real müharibə səhnələri verilmədın müharibənin acı gerçəklərini , gətirdiyi yoxluqları göz önünə sərir. Hadisələr əsasən Arif obrazının ətrafında cərəyan edir. Hansı ki bu obraz əsərin əvvəlində müharibəyə qarşı gələn , iblisə nifrət edən , dünyadakı çirkinliklərdən bezib İlahidən özünü göylərə qaldırmasını istəyir və bəşəriyyətin iblisə uyduğunu dilə gətirir,saflığını qorumağa çalışır . Arifin həqiqət axtarışı onu kamil insana çevirmir .Öz nəfsinin quluna çevrilən bu obraz qızıl , silah sınaqlarından çıxmağı bacarmır və Rənaya olan "sevgisi" onu qatilə çevirir , hətta öz doğma qardaşını belə bu yolda qurban verir .iblis və mələk obrazları əsərin mifik surətləridir.Vasif obrazı mədəniyyətn nə demək olduğunu dərk edir.Onun dilindən verilən : -Bəşərə qılıncıdan daha kəskin ulu qüvvə, Yalnız mədəniyyədir ,mədəniyyətdir ,mədəniyyət,- bunu bir daha sübut edir .Ümumilikdə əsərdə çok dərin mətləblərə toxunulub
Hüseyn Cavid
Hüseyn Cavid
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019663 okunma
416 syf.
·
Puan vermedi
2 ci cilddəki həyəcan ara vermədən burda da davam edirdi. Hadisələr təsvirlər çoc uğurlu idi , sanki hər hadisə kitabı oxuduqca göz önündə canlanırdı. Lakin yenə də Drev xarakterini gözümdə canlandıra bilmirəm(sanki canlandırsam mükəmməlliyi gedəcək) . Yeşilin ürəyinin bu qədər hadisələrə dözməsi həqiqətən təəccüblüdür . Burda artıq birinci cilddən bəri gizli qalan bir sıra sirlər açılır . Nəyə görə ürəyin dəyərli olduğu, Yeşilin keçmişdə nə yaşadığı ,hətta Drev də artıq buları öyrənmiş olur. Emily xarakterinin cəsarəti hər dəfə bu obrazı daha çox sevməyimə səbəb olur. Əsərin sonunda hadisələr olduqca sürətli inkişaf edir , artıq hər şeyin kulminasiya nöqtəsinə çatdığını yəqin ki demək olar. Səbrsizliklə 4 cü cildi gözləyirəm.Və sonuncu cilddə yeni irq, cpsdəki məlumatlar daha çox ön planda verilsin çox istəyərəm.
Ötanazi Okulu 3
Ötanazi Okulu 3Maral Atmaca · Ephesus Yayınları · 20232,299 okunma
Reklam
96 syf.
·
Puan vermedi
Çoxdandı oxumaq istədiyim kitab idi , həqiqətən də oxumağıma dəydi deyə bilərəm. Alleqorik əsərdir , xeyli dərin mətləblərə toxunulur. Totalitarizm ,stalin rejimi, kaptalizm tənqid olunur . Əsərlə bağlı onu deyə bilərəm ki , toplum həqiqətən küyə gedəndir və asanlıqla tarixini unutdurmaq, saxtalaşdırmaq ,dəyişdirmək mümkündür. Benjamin obrazı reallıqları görən obrazdır , diqqəti cəlb edir. Əyər daha yaxşı bir yaşayış ,sosail rifah , layiqli həyat tələb olunursa kütlə şüuri cəhətdən inkişaf etməli , həmin inqilabın tələblərinə cavab verə bilən olmalıdır. Xalqın içindən çıxan nümayəndə belə hakimiyyətin verdiyi gücə qapılır ,və daha çox güc istəyərək yenidən totalitarizmi bərqərar edir. "Bütün hayvanlar eşitdir,ancak bazıları daha eşitdir" 7 maddənin bu şəkildə dəyişdirilməsi həqiqətən də kütlənin necə asanlıqla manipulyasiya edilə bildiyini göstərir.
Hayvan Çiftliği
Hayvan ÇiftliğiGeorge Orwell · Halk Kitabevi · 2021247,8bin okunma
400 syf.
·
Puan vermedi
Kitabı bəyəndim və tövsiyə edirəm. Bəyənməyimin səbəbləri isə ard arda baş verən konfiliktlər ,hadisələrin getdikcə kulminasiya nöqtəsinə yaxınlaşması insanı daim həyəcanda saxlayırdı. Drew və Yeşilin sevgisi daha ön planda idi. Romantika sevmədiyim halda sevgilərondəki sad tərəflər eləcə də imkansızlıqlar olduqca diqqətimi çəkdi. Hətta bəzi səhnələr olduqca duyğusal idi. Stevin ölümü əsərin ən təsirli anlarından biri idi , heç gözləmədiyim anda belə bir hadisə əsərə əlavə rəng eləcə də hüzn qatdı. Emily və Marcus əsərin əyləncəli xarakterləridir , aralarındakı hər hansı münasibət bu atmacalı söhbətlərinə son qoymasın. Əlavə olaraq Vanessa xarakteri diqqət çəkirdi. Eləcədə Vanessanın qorumaları. Drev artıq beynimdə canlandıra bilmıyəcəyim qədər mükəmməl insan profilindədir ,surəti ilə bağlı hər hansı canlandırma edə bilmirəm. Ümumiləşdirəcək olsam əsərdə sevgi daha ön planda idi ,diqqətimi çəkən yeni irq planları daha çox arxa fonda qalırdı. Təsirli ,oxunaqlı əsərdir .
Ötanazi Okulu 2
Ötanazi Okulu 2Maral Atmaca · Ephesus Yayınları · 20222,962 okunma
304 syf.
10/10 puan verdi
Kitabı artıq 2 ci dəfədir ki oxumuşam, və yenidən oxusam yenə nəzərimnən yayınan faydalı məlumatın olduğuna əminəm. İnsanlara təsir etmənin çox maraqlı bir o qədər asan (hərçənd bizim çox vaxt etmədiyimiz) yolları qeyd olunur. Təbii ki bunları gündəlik həyata tətbiq etməklə çox faydalı nəticələr əldə etmək olar. Əsasən insanın öz eqosunu , əsəblərini,hisslərini tənzimləyərək , çətin vəziyyətdə soyuqanlı davranmağı aşılayır. İnsanlara təsir edətkən məcburetmə, zor tətbiqetmə, cəzalandırma kimi vasitələri yox inandırma , mükafatlandırma kimi üsulların faydası vurğulanır. Təbii ki hər prinsip haqqında xeyli fikir irəli sürmək mümkündür. Buna görə də bu kitabdan faydalanmağı tövsiyə edirəm
Dost Kazanma ve İnsanları Etkileme Sanatı
Dost Kazanma ve İnsanları Etkileme SanatıDale Carnegie · Epsilon Yayınları · 20173,805 okunma
207 syf.
7/10 puan verdi
·
4 saatte okudu
Dedektiv əsərlər əsasən diqqətimi çəkdiyi üçün bu əsəri oxumağa başladım,lakin istədiyim həyəcanı verdi deyə bilmərəm. Düzdü əsər maraqlı nəzəriyyə ilə başlayır , hər nə qədər xəyali görünsə belə haqlılıq payı olduğunu gördüm. Ancaq qatilin nə zaman harada ortaya çıxacağını müəyyən etmək və bunun da reallaşması reallığı çox da əks etdirmədiyi üçün əsər müəyyən qədər gözləntilərimi sarsıtdı. Daha sonra əsər boyu seriyalı qatilin axtarışının bir fəsildə digər fəsildə isə seriyalı qatilin yavaş yavaş qatil olması eyni anda inkişafda verildiyindən gözlənilən həyəcanı vermir. Bütün bunlara baxmayaraq əsərin oxunmasını müəyyən qədər tövsiyyə edə bilərəm. İlk cildi oxuduğumdan digərlərini də oxuyacam , lakin gözləntim ilk əvvəldəkindən xeyli aşağıdır. Müqayisə etsəm bir Elxan Elatlı əsəri qədər həyəcanlı,ard arda konfliktli əsər deyil.Ancaq əsərdə ən çox bəyəndiyim nüans adi sıradan bir insanın zamanla necə seriyalı qatilə çevrildiyini göstərir. Yəni qatilə sırf qatil kimi baxmaqla kifayətlənmirik .Onun necə bu vəziyyətə qədər gəlib çatdığını nəzərimizə çatdırır. Hətta ömrlük həbs cəzası almış qatillərin pisixogiyasınən öyrənilməsi kimi fikirlər irəli sürülür. Ümumi götürdükdə oxumağa dəyər
Bumeranq Zerbesi
Bumeranq ZerbesiÇingiz Abdullayev · Teas Press · 201763 okunma
352 syf.
10/10 puan verdi
Kitabı çox bəyəndim. Eftanaziya mənim üçün uzun müddətdir ki çox maraqlı mövzudur. Bu kitabı ilk görəndə məni xeyli həyəcanlandırdı, düzü kitab haqqında təxminlərim başqa yöndə idi. Düşümürdüm ki eftanaziyanın bəzi ölkələrdə leqal olması və ya bunun nə dərəcədə də doğru olmasından bəhs edəcək. Kitab haqqında heç bir əlavə məlumat oxumadım ki, spoiler olsun istımirdim. Lakin kitab düşündüklərimlə əlaqəli olmasa belə çox maraqlı idi. Normalda hamı seriyalı qatillərə nifrət edər və ya onların ölümə layiq olduğunu düşünər. Lakin bir baxıma seriyalı qatillərin gözündən baxmağı da bacarır insam kitabı oxuduqca. Hər zaman təsdiq etdiyim bir fikri bir daha nəzərimə çatdırır ki heç bir insan doğuşdan pis olmur, insan qatil doğulmur qatil olur. Yeşil kitab boyu qızın hər addımında ona nəsə olacaq deyə hər hərəkətindən mən belə qorxurdum . Gölge hər nə qədər seriyalı qatil olsa belə məlum olur ki ,o günahsız insanlara toxunmur. Yeşillə aralarındakı münasibət zaman zaman insanı gülümsədir. Hadisələr tez tez inkişaf edir və daim həyəcanda saxlayır elə buna görədə kitabı 1 günə bitirdim. Təbii ki,2-3 cü cildlərini də oxumaq üçün səbrsizlənirəm.Kitabın peşəkarlıqla yazıldığı istifadə olunan bədii ifadə vasitələri və təsvir vasitələrindən hiss edilir . Oxunmağına dəyəcək bir kitabdır.
Ötanazi Okulu
Ötanazi OkuluMaral Atmaca · Ephesus Yayınları · 20224,094 okunma