Yazıçı ilə ilk tanışlığım idi. Qələmini sevdim, amma apardığı araşdırmaları əsərə daxil etməsə, lap əla olar.
Ervan obrazını əsərin başı və ortalarında sevmişdim. Lakin, sonda etdiyi hərəkəti gözləməzdim. Əslində başa düşmək olar, amma sevgim və heyranlığım azaldı. (Özü 2 addımdan 1 səhv buraxır, sonra deyir ki, "təcrübəsiz polisləri niyə daxil edirlər istintaqa" eğw eğw)
Ilk 200 səhifə adamı sıxır, əslində uzağı 1 həftəyə bitəcək əsərdir, amma yazıçı çox uzadıb. Məsələn, ilk 200 səhifəni 50 səhifəyə sığışdırib yazsaydi, çox daha maraqli olardı.
Sonda bəzi suallar qaranlıq qalsa da əsər ümumilikdə maraqlı və axıcıdır.