Elvin Zeynallı

Elvin Zeynallı
@ZET85

Elvin Zeynallı

, bir kitap okudu
Puan vermedi·510 syf.·
Beğendi
·
93 günde okudu
·
2020 2. kitabı
Faruk Sümer
9.4/10 · 129 okunma
Reklam
ƏFŞAR(AVŞAR) BOYU ''Əfşarlar XI əsrdən tarixdə mühüm rol ounamağa başlamış və öz adlarını zəmanəmizədək yaşatmış yeganə oğuz boyudur. Rəşidəddində əfşarlar hökmdar yetirmiş oğuz boylarından biri kimi xatırlanır. Bu hal əfşar boyunun oğuzların islamiyyətdən əvvəlki tarixində də önəmli rol oynadığını göstərir''
Sayfa 330·Kitabı okudu
"XIX əsrdə Anadolunu gəzən avropalılar yoxsul, lakin asil ruhlu və namuslu adamlar kimi qiymətləndirdikləri türk millətini ölməkdə, pis idarəçilər əlində məhv olmaqda olduğunu söyləyirdilər. Səyyahların fikrincə, eyni ölkədə yaşayan xristianlar isə fəravan və rahat həyat sürür, türklərin sayı azalır, onlarınki isə getdikcə çoxalırdı. Doğrudan da, yunanların və ermənilərin xüsusilə XIX əsrdə Anadoluda geniş bir yayılma hərəkətində olduğu müşahidə edilir. Nəticədə Mərmərə sahillərində erməni kəndləri salınmış, ən hücra qəsəbələrdə belə yunan koloniyaları meydana gəlmişdi."
Sayfa 265·Kitabı okudu
''Çərkəz məmlükləri arasında türk əsilli olanlar azdı, sayları da getdikcə azalırdı. Türklər arasında da qövmi duyğuları güclü olan bəzi adamlara rast gəlinir. Bu arada Sultan Baybarsın (1422-1438) rəğbətini qazanmış şərq türklərindən bir şeyx vardı: Şeyx Həsən ül-Tatari. Şeyx Həsən izah edilə bilməyən bir səbəbdən dolayı ərəblərə o qədər nifrət edirdi ki, "Cənabi haqq, peyğəmbərdən başqa bütün ərəbləri qarğımışdır" deyirdi.''
Sayfa 231·Kitabı okudu
"Səfəvi dövlətinin qurulması Türkiyədəki şiələr arasında elə dərin bir həyəcan yaratmışdı ki, onlar bir-birinə "şah" sözü ilə salam verir, əziyyətli yolçuluğa qatlanıb şahlarını ziyarətə gedirdilər. Onlara şahın əvəzinə peyğəmbərin qəbrini ziyarət etmək tövsiyyə olunduqda "biz ölünü yox, dirini ziyarətə gedirik" cavabını verirdilər."
Sayfa 211·Kitabı okudu
Reklam