"Yuxugörmə naşı adamın deyil, hansısa kənar qüvvənin əlinin toxunduğu musiqi alətinin qeyri-düzgün çalğısına bənzəyir; o mənasız deyil, absurd deyil, o, ruhumuzun bir hissəsinin yatdığını, başqa bir hissəsinin isə oyandığını güman etmir. Yuxugörmə mükəmməl bir psixi haldır. O arzunun gerçəkləşməsidir. O, ayıq həyatın bizə aydın olan ruhi təzahürlərinin ümumi zəncirinə daxil edilə bilər. O. son dərəcə mürəkkəb intellektual fəaliyyətin köməyilə qurulur. Ancaq biz bu həqiqəti dərk edən kimi, dərhal bir çox suallar qarşısında dayanırıq. "