Elvin Zeynallı

Elvin Zeynallı
@ZET85

Elvin Zeynallı

, bir kitap okudu
Puan vermedi·116 syf.·
2020 5. kitabı
Lev Tolstoy
8.3/10 · 1.706 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
SAVAŞMA REAKSİYASI
"Savaşma reaksiyası beynin sağ qalmağa istiqamətlənmiş və aqressivliklə işə salınmış son taktikasıdır. Hər hansı təhlükəylə qarşı-qarşıya qalan insan donma reaksiyası ilə problemin qarşısını ala bilmədikdə, uzaqlaşaraq, yaxud qaşaraq özünü qorumağı bacarmadıqda axırıncı şans savaşmaqdır. Digər məməlilər kimi insan evladı da hücumlara qarşıqorxunu təkamül müddətində qəzəbə çevirmə strategiyasını inkişaf etdirmişdir."
Sayfa 59·Kitabı okudu
"Həyatınızdakı sosial münasibətləri düşünsəniz, arzu olunmayan şəxs, yaxud hallardan uzaqlaşmaq üçün "yayındırıcı" hərəkətlər etdiyinizi görə bilərsiniz. Necə ki, uşaq masada sevmədiyi yeməkdən üz döndərib mətbəxdən uzaqlaşmağa cəhd edir, insan da xoşu gəlmədiyi birindən uzaqlaşmağa, yaxud dialoqların qurulmasına mane olmaq üçün qaçmağa istiqamətlənir"
Sayfa 57·Kitabı okudu
"HƏRƏKƏTLƏR SÖZLƏRDƏN DAHA ÇOX ŞEY İFADƏ EDİR. Bəzi hallarda bədən dilinin sözlü nitqdən daha çox şey ifadə etməsinin ən bariz nümunələrindən biri Arizonada, hindular üçün ayrılmış Parker bölgəsində baş vermiş zorlanma hadisəsidir. Bir gənc qadınla baş vermişdi. Hadisədən sonra şübhəlilərdən biri istintaqa cəlb olundu. Söylədikləri inandırıcı, hekayəsi ağlabatan idi. Qurbanı hadisənin olduğu saatlada görmədiyini və pambıq tarlasını keçdikdən sonra sola dönərək birbaşa evinə getdiyini deyirdi. Kolleqalarım şübhəlinin dediklərini qeyd etdiyi vaxt mən gözlərimi adamdan ayırmadım və əhvalatı danşarkən sola dönüb evinə getdiyini söylədiyi an əllərinin öncə sağ tərəfi, yəni təcavüzün həyata keçirildiyi yeri göstərdiyini fərq etdim. Onu izləməsəydim, şifahi nitqi ilə (sola döndüm) bədən dili (sağ tərəfi göstərən əli) arasındakı ziddiyyəti fərq etməyəcəkdim. Ancaq bunu gördüyüm anda yalan söylədiyini başa düşdüm. Bir müddət gözlədikdən sonra istintaqa cəlb etdim və o, nəhayət cinayəti etiraf etdi."
Sayfa 21·Kitabı okudu

Elvin Zeynallı

, bir kitap okudu
Puan vermedi·672 syf.·
64 günde okudu
·
2020 4. kitabı
Sigmund Freud
8.3/10 · 1.969 okunma