"Daim yem axtaran, lakin dimdiyinə heç bir şey keçməyən xırda, zəif su qaranquşlarının halına lap çox acıyırdı. "Yazıq quşların həyatı biz insanlarınkından qat-qat ağırdır, -qoca düşünürdü. -Əlbəttə, yırtıcı quşları demirəm, amma bir haldaki okean belə amansızdır, onda görəsən su qaranquşu kimi zəif quşcuğazlar niyə yaradılıb?"
"-Hər gün sən məni lap zəngli saat kimi oyadırsan.
-Məni də qocalıq oyadır,-qoca təəssüflənən kimi oldu, sonra soruşdu: -Sən bilən, qocalar niyə tez dururlar? -Və özü də cavab verdi: - Ona görə ki, işıqlı dünyanı daha çox görsünlər.