Zərifə Əşrəfli

Zərifə Əşrəfli
@ZarifAshraf
Hayellerinde özgür
Öğrenci
Azərbaycan
162 reader point
Joined on March 2020
519 syf.
10/10 puan verdi
Dan Brawn əsərlərini oxuyanda həyəcanımı gizlədə bilmirəm. Heç fasilə vermədən ən çoxu 3 günə bitirirəm bir əsərini.. Həm elmi, həm məntiqi eyni zamanda da oxucunu yormadan əksinə hər səhifədə daha da çox həyəcanlandıran, adrenalin dolu, və kitaba xüsusi həvəslə bağlayan bir üslubda yazılıb əsərləri. Bu oxuduğum ikinci kitabıdır və eyni təəssüratları yenə yaratdı məndə. Real faktları oxucuya çox maraqlı üslubda çatdırmağı bacaran çox nadir yazarlardandır. Robert Lenqdonun macəraları oxucuya çox şey qatır və beyni həqiqətən işə salır. Sayəsində həm Leonardo da Vinçi, həm şifrələmə eyni zamanda dinlərin gerçək tarixinin həvəskarı olub araşdırıram. Bir kitabdan ən çoxu nələri öyrənə bilərsiniz sualının cavabı Dan Brawn kitablarıdı deyəsən.. Hamıya tövsiyə edirəm..
Da Vinci Şifresi
Da Vinci ŞifresiDan Brown · Altın Kitaplar · 200346k okunma
Reklam
334 syf.
10/10 puan verdi
İrqi ayrı-seçkiliyə son..!
Barak Obamanın "Möhtəşəm" rəyi verməyi cəlb eləmişdi məni kitaba. Həvəslə alıb oxumağa başladım. Əsər qaradərili insanların ağdərililərin əsarəti altında qul kimi işləməyindən , azadlıqlarının əllərindən alınmasından bəhs edir. Baş qəhrəman Kora gözünü ağdərililərə məxsus pambıq plantasiyasında açıb nənəsi, anası da illərlə burada işləyiblər. Azadlıq qullar üçün sadəcə bir xəyaldan ibarətdir. Çünki qaçmağa çalışan, qaçdıqdan sonra yaxalanan qulun cəzası işgəncə verilərək öldürülmək idi. Qaçmağı bacaran və heçvaxt yaxalanmayan tək zənci Koranın anası Meybl oldu. 10 yaşındakı qızını əsarətdə qoyub özü qaçmağı seçdi. Koranın həm fəxr etmək həmdə nifrət etmək səbəbi idi Meybl. İllər sonra plantasiyaya gələn Sezar adlı qul qaçmaq planları qurur və Koraya da təklif edir. Anası qaçmağı bacaran yeganə qul olduğu üçün Koranın da ona uğur gətirəcəyinə inanır. Beləliklə əsarətdən qaçmağı bacarırlar. Qaradərili insanların zəhməti hesabına gizlin tikilən yeraltı dəmiryolu qatarı Amerikanın hər ştatında tikilir ve qulların qaçmağına kömək edir. Kora bu qatar sayəsində dəfələrlə qul ovçularından qaçır hər dəfə fərqli ştatlara keçir. Çünki nə qədər qaçırsa qaçsın o qaçaq quldur, dövlətin malıdır. Sezarın yaxalanıb öldürülməsi, bu yolda ona kömək edən istər ağdərili istər qaradərili insanların öldürülməsi onun azadlıq mübarizəsi dayandırmır əksinə daha da alovlandırır. Çünki bunu onlara borcludur. Hər kəsə oxumağı tövsiyə edirəm
Yeraltı Demiryolu
Yeraltı DemiryoluColson Whitehead · Siren Yayınları · 2017947 okunma
536 syf.
10/10 puan verdi
Tam mənim düşüncə və zehniyyətimdə olan bir kitab idi. Bir çox şübhələrimi əsaslı izah etdi. Şiddətlə tövsiyə edirəm.. Da Vinçi şifrəsi kitabını da çox tərifləyirlər. Bir sonrakı dayanacaq Da Vinçi şifrəsi
Başlangıç
BaşlangıçDan Brown · Altın Kitaplar · 201722.4k okunma

Reader Follow Recommendations

See All
1025 syf.
10/10 puan verdi
Valideynsiz böyüyən uşaqlar qədər həssas qəlbli varlıqlar yoxdu. Hətta gələcəkdə bədbəxt, pis niyyətli, pis mənsəbə qulluq edəcək olsalar belə. Bəlkə də insan qəlbini bütün həssaslığını ortaya qoya biləcək ilk faciənin başlanğıcıdı valideynsiz olmaq. Düşündürə bilərəm sizi yaxşı qəlbləri həssas olur bəs faciə niyə? Çünki taleləri çox çətin olur.
Karamazov Kardeşler
Karamazov KardeşlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202335k okunma
1128 syf.
10/10 puan verdi
Sadəcə adını bəyənərək seçmişdim-4321. Nədən bəhs edə bilər? Niyə 1127 səhifə? Bu qədər çox nə yazıla bilər axı? -deyib almışdım. Son səhifədə kitabın adının izahı da Paul Austerin-bir yazarın zəkasının və təxəyyülünün nə dərəcədə irəli gedə biləcəyinin sübutu idi. Eyni insan 4 fərqli yaşam və qaçınılmaz eyni son. Son cümləsini oxuyanda kaş bundan sonra da 1127 səhifə olsa da oxusam dedim. Fəlsəfə, psixologiya , Amerikan tarixi, şəxsi düşüncələr, mentalitet, ailə, sevgi.. Bunların hamısı 4 fərqli yaşamda. Və oxucununda yaşamına təsir edə biləcək gücdə. * Ən ürək burxan, ən doyurucu, gerçəkliklərin və olma ehtimalı olanların, sevginin və yaşamın sürükləyici və təəccübləndirici öyküsü* Və mənim illər sonra yenidən oxuyacağım romanım...
4 3 2 1
4 3 2 1Paul Auster · Can Yayınları · 2017455 okunma
Reklam
Reklam