Zəhra Vəlizadə

Zəhra Vəlizadə
@Zehra_Velizade
🔖Səni kitab oxuyan insanlarla tanış edəcəm. Həyat ancaq belə insanlarla bir araya gəlirsənsə yaşamağa dəyər. -Jack London
psikoloji
lisans
21 Kasım 2001
26 okur puanı
Eylül 2021 tarihinde katıldı
400 syf.
·
Puan vermedi
·
9 saatte okudu
İnsanların cahiliyyətini çox yaxşı göstərən dəyərli bir kitab. Bu kitabda insanların cahiliyyətini və nadanlığını birdən birə kor olmaqla göstərir. Bütün insanların kor olması və nəticədə baş verən hadisələr oxucunu çox təəccübləndirir. Bu proses göstərir ki insanların cahilliyinin sonu necə bir faciələr yarada bilər. Həmçinin, öncədən bu kitabın bir hissəsini paylaşıb dediyim kimi, kitabda göstərilir ki bizim əsas ehtiyaclarımız ortaya gəldikdə, bəzilərimiz necədə vicdansız olub sadəcə öz ehtiyaclarımızı yerinə yetirməyə çalışırıq. Və daha maraqlısı budur ki bu romanda sadəcə bir qadın kor olmur və bu oxucunun baxışından asılıdır ki onu hansı insanların nümayəndəsi kimi görə. Kitabın arxasında kitabı bucür ifadə etmişdilər: Korluq, bir afətə düçar olan cəmiyyətin nağılıdır. Bu afət, zahirdə insanların gözünün kor olmasıdır ki bir nəfərdən başlayır və yavaş yavaş bütün cəmiyyətə yayılır. Yazarın dediyi korluq, mənəvi korluqdur. Bəlkədə yazarın bütün sözünü bu cümlədə xülasə etmək olar ki görə bilən bir qadından qeyd olunur: "Biz kor olmamışıq, koruq. Gözləri olan amma görə bilməyən korlar!"
Korluq
KorluqJosé Saramago · Qanun Nəşriyyatı · 2016104,6bin okunma
Reklam
432 syf.
7/10 puan verdi
·
Beğendi
·
30 günde okudu
Fəlsəfə, tibb və psixologiyanın bir yerə toplanması, gerçək dünyada olan amma əslində bir biriləri ilə münasibətdə olmayan, tarixin məşhur şəxsiyyətləri Nitche, Breuer və Freud-dən bəhs edən bu kitab, özəlliklə psixologiya tələbələri üçün çox marağlı olacaqdır. Mən şəxsən bu kitabın hekayəsindən çox, yazarın gerçək şəxsiyyətləri öz xəyal gücü ilə bir biri ilə əlaqəli etməsini sevdim.
Nietzsche Ağladığında
Nietzsche AğladığındaIrvin D. Yalom · Ayrıntı Yayınları · 202352,8bin okunma
604 syf.
10/10 puan verdi
·
Beğendi
Allah təalanın bizlərə göndərdiyi kitabın əzəmətindən nə qədər danışsam az olar. Bu kitabı tərcümə ilə oxuyub bitirdikdən sonra, artıq siz keçmişdəki insan olmayacaqsınız. Sizin bu dünyaya baxışınız, fikirləriniz və davranışlarınız dəyişəcək. Bizim üçün əsas olan bütün mövzulardan söhbət edilib. Və ən gözəli də budur ki insan bu kitabın hər sətrini oxuduqca ləzzət alır. Və tərcüməsini oxuduqca da daha çox dəhşətə gəlir; bu dünyanın nemətlərindən, əzəmətindən, Allahın bütün etdiklərinin hikmətindən, Peyğəmbərlərin bizləri hidayət yoluna sövq etmək üçün göstərdikləri çabalardan... Tövsiyə edirəm ki dinini yaxşı tanımaq istəyən və Allah daha yaxın olmaq istəyən insan mütləq Qurani Kərimi tərcüməsi ilə oxusun və onu daha yaxşı başa düşmək üçün də ayələrin təfsirini mütaliə etsin.
Kur'an'ı Kerim
Kur'an'ı KerimOsman Taha · Guraba Yayınları · 20151,268 okunma

Okur Takip Önerileri

Tümünü Gör
144 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Təsəvvür edə bilərsiniz ki dünya o qədər çirkin və dəhşətli olub ki artıq heçkim gülməyir? Modern texnologiyaya rəğmən bütün insanlar həyatdan yorulub və intihar ən normal işdir? Artıq təmiz hava yoxdur, təbiət məhv olub və bütün təbii mənbələr bitir. Şad olmaq, dünyanın ən qəribə şeyidir. İndi bunların yanında bir ailəni təsəvvür edin ki intihar ləvazimatı satmaqla məşğuldur! Onların şüarı: "Həyatda uğurlu olmamısınız? Heç olmasa ölümünüzdə uğurlu olun!" Bu ailənin mağazasında intihar üçün lazım olan hər şey var. Özünü asmaq üçün hər cürə ip, çeşit çeşit zəhərlər və s. Amma hər şey "Alen" adında oğlanın istəmədən gəlməsi ilə dəyişəcək. Kitabın əvvəli ölüm və ümidsizliklə doludur. Amma yavaş yavaş ölüm və yaşayış arasında olan ziddiyyət başlayır. Çox təsir edici, şok edici və gözlənilməz sona sahib olan bir kitab... Kitabın əvvəli ölüm və ümidsizliklə doludur. Amma yavaş yavaş ölüm və yaşayış arasında olan ziddiyyətlə nağılda yeni macəralar başlayır. Mütləq oxuyun...
İntihar Dükkanı
İntihar DükkanıJean Teule · Sel Yayıncılık · 20207,5bin okunma