Təsəvvür edə bilərsiniz ki dünya o qədər çirkin və dəhşətli olub ki artıq heçkim gülməyir? Modern texnologiyaya rəğmən bütün insanlar həyatdan yorulub və intihar ən normal işdir? Artıq təmiz hava yoxdur, təbiət məhv olub və bütün təbii mənbələr bitir. Şad olmaq, dünyanın ən qəribə şeyidir.
İndi bunların yanında bir ailəni təsəvvür edin ki intihar ləvazimatı satmaqla məşğuldur! Onların şüarı: "Həyatda uğurlu olmamısınız? Heç olmasa ölümünüzdə uğurlu olun!"
Bu ailənin mağazasında intihar üçün lazım olan hər şey var. Özünü asmaq üçün hər cürə ip, çeşit çeşit zəhərlər və s. Amma hər şey "Alen" adında oğlanın istəmədən gəlməsi ilə dəyişəcək. Kitabın əvvəli ölüm və ümidsizliklə doludur. Amma yavaş yavaş ölüm və yaşayış arasında olan ziddiyyət başlayır. Çox təsir edici, şok edici və gözlənilməz sona sahib olan bir kitab...
Kitabın əvvəli ölüm və ümidsizliklə doludur. Amma yavaş yavaş ölüm və yaşayış arasında olan ziddiyyətlə nağılda yeni macəralar başlayır.
Mütləq oxuyun...
İntihar DükkanıJean Teule · Sel Yayıncılık · 20207.5k okunma