Keçən ildən bəri hər ay oxuduğum kitabları bu proqramda paylaşım edirdim, daha sonra dedim ki, məncə artıq fərqlilik etməyin vaxtı gəlib çatıb. Artıq oxuduğum kitabları bu cür paylaşacağam, təbii ki, çoxlu kitab oxuya bilsəm 🥲 Bu ay çox məşğul olduğum aylardan biri idi 🤭 Lakin yenə də kəmiyyət baxımından yaxşı olmasa da, keyfiyyət baxımından mükəmməl ay idi 📚👌 İyun ayında 3 kitab bitirdim, hər üç kitab da qalın olmayan, dili axıcı olan, maraqlı mövzulara malik kitablar idi ✨ Oxumaq istəyənlər olarsa, hər üç kitabı da tövsiyə edə bilərəm 🌼 Keçən ay belə oldu, baxaq görək bu ay necə olacaq?!! Bu ay oxuyacağımız hər bir kitab ümid edirəm ki, bəyənəcəyimiz kitablar olacaq. Buna görə də, hamıya xoş mütaliələr! 😊📚🌿✨🤍