Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ziyadxan Dovlatov

Ziyadxan Dovlatov
@Ziyadxan06
15 okur puanı
Haziran 2023 tarihinde katıldı
Bəzi istisnalar olmaqla, bu günün zəngin ölkələri XIX əsrdə başlayan sənayeləşmə prosesini və texnoloji yenilikləri mənimsəyən, yoxsul ölkələr isə bunları mənimsəməyəndir.
Sayfa 344Kitabı okudu
Reklam
Müasir dünyada hökm sürən qeyri-bərabərliyin səbəbi - XIX - XX əsrlərdə bəzi ölkələrin sənaye inqilabının gətirdiyi imkanlardan, texnologiyalardan və təşkilatlanma üsullarından faydalanması, digərlərinin isə bundan istifadə edə bilməməsidir. Yeni texnologiyalar - inkişafın hərəkətverici qüvvələrindən yalnız biridir, amma bəlkə də ən başlıcasıdır. Yeni texnologiyalardan faydalanmayan ölkələr inkişafın digər hərəkətverici qüvvələrindən də istifadə edə bilmədilər. Bu ve bundan əvvəlki fəsillərdə gördüyümüz kimi, bu uğursuzluğun səbəbi ya mütləqiyyətçi rejimlərin hökm sürdüyü, ya da mərkəzi dövlətin olmadığı bir şəraitdə ortaya çıxan ekstraktiv institutlar idi.
Sayfa 310Kitabı okudu
Bu ölkələrin( Yaxın şərq ölkələrinin ) inkişaf yoluna Osmanlı və Avropa hökmranlığı böyük təsir göstərdi. Yaxın şərqdə islamla yoxsulluq arasındakı əlaqə əsasən uydurmadır.

Okur Takip Önerileri

Tümünü Gör
Bəs, Maks Veberin protestant əxlaqı? Əhalisinin böyük hissəsi protestantlardan ibarət olan ölkələrin, məsələn, Hollandiya va Ingiltərənin müasir dövrün ilk iqtisadi nailiyyətlərini qazanmasına baxmayaraq, din və iqtisadi uğur arasındakı əlaqə çox məhduddur. Əhalisinin əksəriyyəti katoliklərdən ibarət olan Fransa XIX əsrdə hollandiyalıların və ingilislərin iqtisadi göstəricilərinə sürətlə nail oldu və bu gün Italiya da bu ölkələr qədər rifah içində yaşayır. Şərqə tərəf baxsaq, Şərqi Asiyanın qazandığı iqtisadi uğurlardan heç birinin xristian dininin hər hansı bir formasıyla əlaqəsinin olmadığını görərik; yəni, orada da protestantlıqla iqtisadi uğur arasında heç bir xüsusi əlaqə yoxdur.
Ölkələrin iqtisadi uğurları institutlardan, iqtisadiyyata təsir göstərən qaydalardan və insanları təşviq edən stimullardan asılıdır.
Reklam
Amma əslində yoxsul ölkələrin niyə "'məsələni səhv anladıqlarını" izah etmək lazımdır. Məsələni səhv anlamaq ümumən nə cəhalətlə, nə də mədəniyyətlə bağlıdır. Növbəti fəsillərdə görəcəyimiz kimi, bu ölkələr iqtidarda olanlar yoxsulluğa yol açan seçimlər etdikləri üçün yoxsuldur. Onlar məsələni səhvən, ya da cəhalət üzündən deyil, qəsdən yanlış anlayırlar.
Lakin Busianın təcrübəsi göstərir ki, "bazar uğursuzluqları"nı azaldan və iqtisadi inkişafi təşviq edən bir siyasətin qarşısında dayanmış əsl maneə siyasatçilərin cəhaləti deyil, bu siyasətçilərin üzləşdiyi institusional məhdudiyyətlər və stimullardır. Cəhalat fərziyyəsi hələ də əksər iqtisadçılar arasında və demək olar ki, hər şeydən əvvəl, ölkənin rifahı haqqında fikirləşən qərb siyasi dairələrində qəbul olunsa da, yararsız fərziyyədir. Bu fərziyyə nə bütün dünyada inkişafın köklərini, nə də ətrafımızda baş verənləri, məsələn, nə üçün ABŞ və Ingiltərənin deyil, Meksika və Peru kimi bèzi ölkələrin öz vətəndaşlarının əksəriyyətini yoxsulluğa sürükləyən institut və siyasət seçdiklərini, ya da nə üçün Afrikanın demək olar ki, bütün cənub hissəsinin və Mərkəzi Amerikanın əksər bölgəsinin qərbi Avropa, ya da Şərqi Asiya ilə müqayisədə bu qədər yoxsul olduğunu izah edə bilir.
Millətlər niyə tənəzzül edir kitabından
Sıravi vətəndaşlar üçün real siyasi hakimiyyət qazanmaq və cəmiyyəti dəyişdirmək həqiqətən çətindir. Lakin bu mümkündür, bunun İngiltere, Fransa ve ABŞ-da, həmçinin Yaponiya, Botsvana ve Braziliyada necə baş verdiyini görəcəyik. Əslində, yoxsul bir cəmiyyətin zəngin cəmiyyətə çevrilməsi üçün zəruri olan bu cür siyasi dəyişikliklərdir.
Sənaye inqilabı və onun özü ilə gətirdiyi texnologiyalar Misirdə yayılmadı, çünki Misir bu ölkə ilə daha sonralar təxminən Mübarək ailəsinin davranacağı kimi rəftar edən Osmanlı imperiyasının nəzarəti altında idi. 1798-ci ildə Napoleon Bonaparte Misirdə Osmanlı idarə üsulunu devirdi. Lakin ölkə bu dəfə də Misirin inkişafı məsələsinə Osmanlılar qədər əhəmiyyət verməyən İngiltərə müstəmləkəçiliyinin nəzarətinə keçdi. Misirlilər Osmanlı və Britaniya imperyalarından qurtulub 1952-ci ildə monarxiyaya son qoysalarda, bunlar 1688-ci ildə Ingiltərədə baş verənlərə bənzəyən inqilablar deyildi və siyasi quruluşu kökdən dəyişmək əvəzinə, sıravi misirliləri rifaha qovuşdurmaq məsələsinə ən azı Osmanlılar və ingilislər qədər laqeyd yanaşan başqa bir elitanı iqtidara gətirdi. Nəticədə cəmiyyətin təməl quruluşu dəyişmədi və Misir yoxsul olaraq qaldı.
Reklam
352 syf.
7/10 puan verdi
·
9 günde okudu
Böyük Evin Kiçik Xanımı
Böyük Evin Kiçik XanımıJack London
7.1/10 · 180 okunma
160 syf.
·
Puan vermedi
Denizin Çağrısı
Denizin ÇağrısıJack London
7.8/10 · 2.556 okunma
448 syf.
·
Puan vermedi
·
8 günde okudu
Sabirin digərlərindən fərqi nədir?
Kitabdakı şeirlərini oxuyanda bir şeyin fərqinə vardım, Sabir digər tənqidçilerden, maarifçilərdən fərqlənir. Bunu sadəcə istedad baxımından demirəm, Sabir sanki daha səmimidir. Bunu həyatınada baxanda da görmək olur əslində. Bu gündə bir çox tənqidçi və maarifçi var, ancaq heç biri o qədər səmimi gəlmir, hətta bu səbəbdən dedikləri düzgün belə
Hophopnamə
HophopnaməMirze Elekber Sabir · Qanun Nəşriyyatı · 2018354 okunma
173 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.