Zümrüd

Gəldin də, niçin pəmbə buludlar kimi axdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Şimşək kimi çaxdın da, niçin könlümü yaxdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Sərpildi alev ruhuma süzgün baxışından, Sarsıldı da həp mənliyim, ey afəti-devran. Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban. Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?