Heynənin iddiasına görə, doğru-dürüst tərcümeyi-hallar yazmaq, demək olar ki, mümkün deyildir, çünki özü barədə danışan insan mütləq başqalarına yalan sırıyır.
Siz hansısa həqiqəti bilirsiniz,ancaq müdriklikdən məhrumsunuz,çünki sırf ucuz təkəbbür naminə öz həqiqətinizi ortaya atır,bazara çıxarır və özünüzü abırdan salırsınız....
Görürsünüz də, əgər o sarayın yerində bir hin olsaydı və yağışa düşsəydim, bəlkə də, mən qaçıb o hinə girərdim ki, islanmayın, məni yağışdan qoruduğuna görə hər nə qədər minnətdar olsam da, o hini əsla bir saray saymazdım. Siz isə buna gülür və hətta deyirsiniz ki,o durumda hin ilə saray arasında nə fərq var axı?! Mən də cavab verirəm: əgər həyatda ki tək qayəmiz yağışdan islammamaq olsaydı ,hə ,onda siz deyən idi.